Ötən sayımızda verdiyimiz məlumata görə Şəki-Qax magstral yolunun 18-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə iki nəfər Şəki rayonun Aşağı Göynük kənd sakinləri olan cavan oğlanlar köməksiz vəziyyətdə qalaraq həlak olmuşlar. Hadisə şahidlərinin verdikləri məlumatlardan aydın olur ki, hadisə fevralın 6-sı gecə 00- 15 -də baş vermişdir. Hadisə zamanı Şəki rayonun Aşağı Göynük kənd sakini 1989 doğumlu, Daşqın Mustafayev, digəri sürücü Elvin VAZ 2107 markalı avtomobili sürətlə sürərək “Ballı yanı” adlanan yola dönmək istərkən beton işıq dirəyinə cırpmış, nəticədə kəndin işıqları sönmüşdür. 30- 45 dəqiqə sonra Aşağı Gönük kəndinin elektrikləri gəlib həmin elektrik dirəyindəki (şalmandakı) nasazlığı aradan qaldırıblar. Hadisədən sonrakıvəziyyətlə bağlı bir sıra təbii suallar ortalığa çıxmışdı ki biz onlara o vaxtcavab axtarırdıq: Niyə həmin beton işıq dirəyin dibində olan qəzaya uğramış avtomobili elektriklər görmədilər??? Və ümumiyyətlə şosse yolun kənarında baş vermiş qəzanı səhərə qədər görən olmadımı??? Nyə həmin vaxt trasada xidmətdə olan yol patrul xidmətinin 3 avtomobilindən biri hadisəni görmədi və yalnız səhər araşdırdılar ??? Hadisə yerinə qonşuluqda yaşayanlar həmin səsi eşidib niyə maraqlanmadılar ki, bu güclü səs nədir??? Və niyə hadisə başverən yerdəki 24 saat marketi, yaxınlıqdakı Ruzi” və XXI əsr marketlərindəki video görüntülərin hamısı silindilər? . Guya işığın sönməsi ilə əlaqədar olub silinib fərziyəsi irəli sürülür. Amma bu bir bəhanədir. Axı kameralardan keçəndən sonra işıq dirəyinə dəyib sönüb??? Qaranlıqda olsa da ağ rəngli maşın gözə dəyərdi hələ nömrələrin fosforu qalsın bir yana. Bəli, sual doğuran məsələlər o vaxt çox idi.
Yenə xatırlatmaq yerinə düşər ki, şahidlərin dediyinə görə hadisə yerinə səhər gələn YPX əməkdaşları çatan kimi soruşublar ki obiri oğlan bəs hanı ? həmin oğlan zərbənin təsirindən 15 m uzağa düşüb. Təbii sual yaranır: Sən hardan bilirsən ay YPX əməkdaşı ki, maşında neçə nəfər olub? Cavab: Hadisə baş verən gecə bu maşını verilən məlumat( xəbərçi tərəfindən) əsasında YPX avtombillərindən 822 , 834, 836 biri təqib edib tutmaq istəyiblər. Və Qax tərəfdən Kafedən çıxıb avtomobilə oturan cavanları Şəki istiqamətində təqibə başlayıblar. Və böyük ehtimalla sürücü və digər sərnişin sərxoş olublar ki, YPX təqibindən qurtarmaq üçün avtomobili yüksək sürətlə sürməyə məcbur olub və döngədə normal dönmə əməliyyatı edə bilməyiblər. Və təqib faciəilə sona yetmişdir.
Hələ o vaxt hadisənin baş verməsi və cinayət işinin qaldırlmaması barədə BDYPİ-dən redaksiyamızın sorğusu barədə məlumat verilmişdir ki, baş vermiş hadisəilə bağlı BDYPİ-nə məruzə edilməmişdir. Yəni, aydın olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi və iki nəfərin ölümünə səbəb olmuş qəza barəsində bu günə kimi nə Daxili İşlər Nazirliyində, nə də DİN-nin BDYPİ-nin məlumatı yoxdur. Və çox qəribə də olsa, yerli Polis Şöbəsində bu günədək cinayət işi başlanamaışdır. O da məlum olmuşdur ki, qəzada həlak olmuş şəxslərin valideynləri çox kasıb və sadə vətəndaşlardır ki, onlar baş vermiş hadisənin səbəblərinin araşdırılması və hadisədə iştirak etmiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsini tələb edə bilməyiblər. Bunları nəzərəalaraq 2 avqust tarixli yazımızda baş vermiş faciəvi hadisə ilə əlaqədar yerli sakinlərin narahatlığını və hadisənin əsl baş vermə səbəblərinin araşdırlması zəruriyyətini nəzərə alaraq İFADETV olaraq Daxili İşlər Nazirliyi və BDYPİ-si rəhbərliyinə müraciət edərək xahiş etmişdik ki, hadisənin baş vermə səbəbləri peşəkar müstəntiqlər tərəfindən yerində araşdırılaraq ictimaiyyətə düzgün məlumat verilsin. Lakin çox təəssüflər olsun ki, rəsmi dövlət qurumları müraciətimizi bu günədək bzə məlum olmayan səbəblərdən cavablandırmayıblar. Lakin fakt faktlığında qalır. Yəni, 2 nəfərin ölümünə səbəb olan avtomobil qəzası baş vermişdir. Hadisə zamanı yaxınlıqda olan 3 marketlərin hər birinin videomüşahidə kameralarındakı görüntülər elə hadisənin səhərisi gün silinməyə məruz qalmışdır. İFADETV.Com olaraq hesab edirik ki, iki nəfərin ölümünə səbəb olmuş, onları hadisədən sonra ağır yaralıları köməksiz vəziyyətdə qoyaraq törədilən cinayət yerindən yayınan hansı YPX avtomobili və idarəedənlərin kimliklərini müəyyənləşdirmək üçün elə də böyük savada malik olmağa ehtiyac yoxdur. Sadəcə yenicə fəaliyyətə başlayan müstəntiq gəlib hadisənin baş verdiyi yerdən 40 m aralıda yerləşən 24 SAAT Marketin, eləcə də hadisə yerinə 150 və 200 m qalmış yerləşən “XXI əsr” və “Ruzi” supermarketlərinin sahiblərindən soruşmaq lazımdır ki, kim gəlib sizdən hadisə zamanı Saat 00- 15 radəsində VAZ 21 07 avtomobilini təqib edən YPX avtomobilini qeydə alan videogörüntünü silməyi tələb etmişdir. Təbii ki, hər üç obyektin sahibi eyni cavabı verəcəkdir. Bununla da dəqiləşəcəkdir ki, həqiqətən hadisə zamanı Baş Dövlət Yol Polisi Magistral Yollar üzrə Alayın 822, 834 və ya 836 nömrıli YPX avtomobili tərəfindən təqib olunması ortalığa çıxacaqdır. Yəni, YPX canilərini müəyyən etmək və məsuliyyətə cəlb etmək mümkün olacaqdır. Təbii ki, əgər bu dəhşətli cinayətin açılmasında hüquq-mühafizə orqanlarımızda istək olarsa.
Biz də İFADETV –nin araşdırma qrupu olaraq hadisə yerində olduq və videomüşahidə aparatları olan marketlərin hadisəni qeydə almasına bir daha əmin olduq. Ona görə də inanırıq ki, DİN rəhbərliyi baş vermiş hadisə ilə bağlı yerli sakinlərin narahatlığını da nəzərə alaraq məsələni xüsusi nəzarətə götürəcək və qanunamüvafiq araşdırmanın aparılmasına göstərişverəcəkdir. Biz də araşdırmanın nəticəsi barədə ictimaiyyəti məlumatlandıracağıq. Bizi izləyin.
İFADETV-nin araşdırma qrupu
YPX avomobili tərəfindən təqib olunarkən VAZ 2107 bu elektrik betonuna çırpılmışdır