Biləsuvarda yaşayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların problemləri çoxdur. Onlar daha çox yerli məmurların laqeydliyindən, məsuliyyətsizliyindən şikayət eləyirlər.
Redaksiyamıza daxil olan növbəti müraciətdə Biləsuvar rayonu H . Cavid küçəsi 17 ünvanda qeydiyyatda olan , hal-hazırda Biləsuvar rayonu Səmədabad ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan , 85 yaşlı Ağsaqqal , Həsənov Bəxtiyar Qubad oğlu və 75 yaşlı Ağbirçək Əliyeva Umnisə Məhəmməd qızının Biləsuvar rayonu İcra Hakimiyyətinin Başçısı Mahir Quliyevə və “ Azərişıq “ ASC Biləsuvar Elektrik Şəbəkəsinin direktoru Gündüz Səfərova dəfələrlə şikayət etmələrinə baxmayaraq, şikayətlərin cavabsiz qalmağının səbəbi rayon icra hakimiyyətinin və rayon Elektrik Şəbəkəsinin rəhbərliyin işə laqeyit yanaşmasıdır.
Nəyə görə vətəndaşın probleminə bu cür laqeyd münasibət bəslənilir ?
Şikayətçi bildirir ki, Mənim 85 yaşım , həyat yoldaşımın isə 75 yaşı var . Demək olar ki, ömrümüzün 30(otuz ) ilinə yaxın vaxtını Biləsuvar rayon Səmədabad ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğuluq . Biz Möhtərəm Prezidentimizin , sahibkarlıq fəaliyyətinə verdiyi diqqət və qayğını , Ölkədə apardığı abadlıq , yaradıcılıq , sahibkarlığa dəstək siyasətini dəstəkləyir və buna görə Möhtərəm Prezidentimizə və ona bu işlərdə dəstək olan Hörmətli Birinci Vitse Prezident Mehriban xanıma minnətdarlığımızı bildiririk .
Biz Biləsuvar rayonu Səmədabad ərazisində həm fermer təsərrüfatı, həm də əkinçiliklə məşğul oluruq . Burada bizim və təsərrüfatda çalışan işçilər üçün inşa etdiyimiz yaşayış binası var . Bizim yaşayışımız təsərrüfatımızda olan işimizlə bağlı buradadır .
Mən , həyat yoldaşım , qızım və üç nəvəm , bir də altı nəfər ailədən ibarət işçilərimiz , hamımız burada Səmədabad ərazisində yerləşən təsərrüfatda yaşayırıq .
Bizim Səmədabad ərazisindəki yaşayış binamız Səmədabadda yerləşən işıq yarımstansiyası tərəfindən işıqla təmin edilmişdir . Sonradan bizim işığımızı kəsərək bizi işıqsız qoydular . Biz bununla bağlı şikayət etdik və bu dəfə yaxınlıqda yerləşən Əzizbəyov Su idarəsinə məxsus işıq xəttindən bizə işıq verdilər . Bu vaxta qədər biz Əzizbəyov Su idarəsinə məxsus işıq xəttindən verilən işıqla təmin olunurduq . Son vaxtlar təsərrüfatımızda yaranan işıqla bağlı problemimiz , yəni Əzizbəyov Su idarəsindən verilən işıq xəttinin kəsilməsi və bizim 15 gündür ki , işıqsız qalmağımıza səbəb olmuşdur. Biz təsərrüfatımızın inkişafı və ya əkinçilik üçün yardım istəmirik və şükür olsun Allaha buna ehtiyacımız yoxdur . Təkcə olan ehtiyacımız işığadır . Bizim yeganə istəyimiz yaşayış binamızın işıqla təmin edilməsidir . Təsərrüfat saxlamaq, əkin-biçin, ümumiyyətlə təsərrüfat sahəsi çox ağır sahədir . Amma biz təsərrüfatda olan çətinliklərin öhdəsindən gəlirik . Yeganə ehtiyacımız işıqla bağlıdır . Təsərrüfatımızda yaşayanlar , cəmi 12 (on iki ) şəxsdən ibarətik . Bura qoca da , uşaq da daxildir .
Yuxarıda qeyd etdiklərimizi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dediyi ,Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq", bəyanatını adları çəkilən şəxslərə xatırladaraq ümid edirik ki , bizim bu vəziyyətimizə biganə qalmayacaqlar .
Müraciətdə adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
![](https://upload.wikimedia.org/wikipedia/commons/9/96/Bilasuvar_rayon.jpg)