MİDA-nın son onlayn satışında uğur qazananların çoxusu şəxsiyə yazaraq bu haqda məlumatları bizimlə bölüşürlər.
Dərhal da adlarının açıqlanmamasını, paylaşılmamasını istəyirlər.
Amma onlayn seçim prosesində problemlərlə üzləşənlər, uğursuz olanlar isə doğru olaraq dərhal açıq-aşkar paylaşımlar edirlər.
Yəni, uğur qazananların çoxu bunu açıqlamır, uğursuz olanlar isə açıqlayırlar.
Belə görünür ki, MİDA-da həm satışdan öncə, həm də satışdan sonra, qabaqcadan bəlli olan bir çatışmazlıq var
Yəni, MİDA-nın onlayn satış prosesi nə qədər texnoloji cəhətdən effektiv, insan amili rol oynamayan, təmaslar olmayan bir sistem olsa da, mahiyyətində ÖNCƏDƏN bir "İT hazırlıq" ədalətsizliyi var.
Onlayn satışdan SONRA isə nəticələrlə bağlı məlumatların paylaşımından görünür ki, həm də "Uğuru paylaşmamaq" çatışmazlığı da var.
Düşünürəm ki, MİDA-nın ötən həftəsonu baş tutan satışla bağlı detallı statistikanı paylaşmazdan öncə daxil olan şikayətlərlə bağlı əlaqədar qurumlarla birgə araşdırmaların yekunu haqqında məlumatı açıqlaması doğru olardı.
Yalnız bunun nəticəsindən asılı olaraq satışın necə baş tutduğunu demək doğru olardı.
Eyni zamanda, fikrimcə MİDA indiyədək bu istiqamətdə verilən təklifləri ( alternativ satış üsulu, şəffaflığın artırılması, canlı yayım, müstəqil audit, uğur qazananların siyahılanının dərci və s) bir daha nəzərdən keçirməli və tətbiq etməlidir.
Yeri gəlmişkən, fikrimcə, həm sonuncu satış, həm də bundan öncəki satış prosesi ciddi problemlər , ciddi fəsadlar ( sistemin çökməsi, kiber hücumlar, sistemə daxil ola bilməmək, Asan imza və eGov problemi və s) olmadan başa çatıb.
Görünürdü ki, aidiyyatı qurumlar profilaktikanı xeyli gücləndiriblər.
Bununla belə, sonuncu satışdan sonra satış prosesinin özündə, yəni sistemə daxil olduqdan sonra problemlərin olması ilə bağlı iştirakçılar tərəfindən sosial mediada xeyli şikayətlər paylaşılıb.
Yeri gəlmişkən, MİDA bu faktların quruma göndərilməsi ilə bağlı müraciət də edib.
Düşünmək olar ki, MİDA fərdi qaydada bu müraciətləri araşdırmaqla məşğuldur.
Yeri gəlmişkən, bundan öncəki satış, hətta DEMO nə qədər fərqli olsa da, narazılıqların az olması ilə yadda qalmışdı.
Osman Gunduz