“Ukrayna Rusiyaya indi olmasa da, 2024 və ya 2025-ci ildə qalib gələ bilər. Cari əks-hücumla çətin ki, Rusiya ordusunu işğal olunmuş ərazilərdən tamamilə çıxarmaq mümkün olsun”.
Bunu istefada olan britaniyalı general Riçard Barrons bildirib.
“Ukraynanın hazırkı əks-hücum əməliyyatı Rusiyanı ərazidən xaric etməyəcək - heç kim bunu gözləmirdi. Həm də çətin ki, qışa qədər işğal zonasını yarıya qədər azaltmaq mümkün olsun. Bu ən optimist məqsədlərdən biri ola bilər”, - o, bəyan edib.
Barrons vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri çox güman ki, Ukraynanın cənubunda rusiyalıların üç müdafiə xəttindən birincisini yarıb. Onun fikrincə, bu, ən çətin hərbi əməliyyatlardan birinə çevrilib.
O, əlavə edib ki, Ukraynada hələ də hava hücumundan müdafiə və minalardan təmizləmə texnikası yoxdur, sursat təchizatı problemi isə yalnız müvəqqəti həll olunub. (Mənbə: rbc.ua)