Gürcüstanın baş naziri İrakli Qarabaşvili yenidən müxalifətin hədəfindədir.
Gununsesi.info-nun gürcü mediasına istinadən verdiyi xəbərə görə, Gürcüstanın müxalifət partiyaları və QHT-lər Baş nazirə qarşı “çarter qalmaqalı” ilə bağlı impiçment və istintaq proseduruna başlatmağa hazırlaşır.
Səbəb kimi isə Baş nazirin oğlu ilə birgə çarter reysi ilə ABŞ-a yollanması olub.
Bildirilir ki, xərclər büdcədən ödənilib. Müxalifət hesab edir ki, Baş nazirin “çarter qalmaqalı” korrupsiyanın zirvəsidir.
Tərcümə:
Mais