Bura Sulutəpə qəsəbəsindəki yeni yaşayış massivində vətəndaş Röyal Dünyamalıyevin evidir.
Küçədə 119 evin hər birinə qaz xətti çəkilib.
Təkcə bu evi Azəriqaz qaralayib ki , bəs neftin ərazisidir. Olmaz ki olmaz!
Amma Röyala Azəriqazin dəllallari rəm atıblar ki, 3000 manat versən qazını yandıra bilərsən.
Hörmətli baş direktor RuslanƏliyev!
-Necə olur ki, bütün küçə neftin ərazisi olmur, bu yetimin iki tikə torpağını SOCAR torpağı sayirsiz?!
- Necə olur ki, 3000 alan kimi qaz yanır?!
Necə olub vətəndaş bu ərazidə torpaq ala bilib, özünə ev tikə bilib?!
Vətəndaşlar ölənə kimi ancaq rüşvət verib, qapılarda yalvar - yaxışlami ömürlərini başa vurmalıdır?!
Bu sualları başqa kimə unvanlayaq???
Axı Röyal da Qarabağın sevincini isti evində doya -doya yaşamaq istəyir.
Samir Adigozelli
Teref.az