Bir neçə saat əvvəl Xətai Rayon Məhkəməsində Abzasmedia.org saytının baş redaktoru Sevinc Vaqifqızı barəsində həbs- qətimkan tədbiri seçilib.
İfadetv.com-un əldə etdiyi məlumata görə, jurnalist barəsində 3 ay 29 gün həbs qərarı verilib.
Qeyd edək ki, adıçəkilən media orqanının rəhbəri Ülvi Həsənlinin saxlanmasından sonra Sevinc Vaqifqızı Fransadan Azərbaycana qayıdıb. Hər iki jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Hesab etmək olar ki, yaxın günlərdə qaçaqmalçılığa şərait yaradan gömrükçülərin kütləvi həbslərinə başlanıla bilər.