“Ödənişli Bakı-Quba yolunda sürət həddini göstərən yol nişanları sürücülərə xatırlatma məqsədilə qurulub. Kim istəyirsə artıq sürsün”.
BEY.AZ xəbər verir ki, bu sözləri AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov Baku TV-ə açıqlamasında deyib.
“Biz sürücülərə xəbərdarlıq üçün həmin nişanları quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”.
Şəhidlər xiyabanında Baku TV-nin əməkdaşının sualını atüstü, qaçaraq cavablandırarkən cənab Prezident və digər nazirlərdən fərqli olaraq cənab AAYDA ASC-nin İdarə heyətinin sədri S.Məmmədovun rəsmi deyil, idman formasında geyinib gəlməsi diqqətimizi çəkdi. Əcəba, görəsən cənab Məmmədov niyə yüksək ranqlı dövlət məmurlarından fərqli formada geyinib dünya ictimaiyyətinin diqqət mərkəzində olan belə bir rəsmi tədbirə qatılmışdır?
VİDEO