Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, bu təyinatadək ədliyyə naziri Fikrət Məmmədov idi.
Məlumatlı mənbənin verdiyi xəbərə görə cənab F.Məmmədov son 10 ildə 3 dəfə işdən azad edilməsilə bağlı ərizə yazsa da qəbul olunmamışdır. Hazırda 69 yaşlı sabiq nazir qaraciyərlə bağlı ciddi xəstəlikdən əziyyət çəkdiyinə görə bu dəfə onun işdən azad edilmə barədə ərizəsi nəzərər alınıb.Yəni nəticə çıxarırırq ki, dövlət başçısı cənab Məmmədovu zəif kadr olduğuna görə yox, xəstəliyini nəzərə alaraq onu yeni kabinetin tərkibinə daxil etməmişdir.
Xatırladaq ki, sabiq nazir digərlərindən fərqli olaraq heç vaxt hətta yaxınlarının şəxsi xahişlərini nəzərə almayan ( oğlu Farizi belə dövlət orqanlarında hər hansı bir işlə təmin olunması daxil) yeganə dövlət məmuru olmuşdur.
İfadetv.com