Yaxın gələcəkdə Ermənistan yeni müharibə ilə üzləşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın yanlış siyasəti Azərbaycanla müharibəyə səbəb olacaq.
“Ermənistanı yeni itkilər və faciələr gözləyir. Müharibənin baş verəcəyi coğrafiya Sünik (Zəngəzur), mövzu dəhlizdir”, - Zakaryan bildirib.
Müəllif: Mənsur Rəğbətoğlu