"Bu şəkillərdə gördüyünüz mənzərə sabiq deputat Əsabil Qasımova məxsus "Pilot-16" şirkətinin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 134 ünvanında yerləşən, ailə üzvlərimin və doğmalarımın payçı olduğu evdə törətdikləri əməllərin nümunəsidir".
"Unikal" xəbər verir ki, bu barədə politoloq Elçin Mirzəbəyli məlumat verib.
"Hörmətli Baş prokurordan mülkiyyət hüquqlarımızın qorunmasına yardım göstərməsini xahiş edirəm", - deyə o bildirib.