VƏ YAXUD BƏLƏDİYYƏ SƏDRİ VƏTƏNDAŞLARDAMN YIĞDIĞ PULLARI KİMLƏRLƏ BÖLÜŞÜB?
21 fevral tarixli sayımızda “Bələdiyyələrlə İş Mərkəzi Calut Bələdiyyəsinin özbaşnalığına niyə göz yumur?” başlıqlaı araşdırma yazısını ictimailəşdirdikdən sonra lazımi tədbirlərin görülməsi üçün aidiyyatı üzrə müraciət etmişdik. Xatırladaq ki, söhbət Oğuzun Calut kəndinin 30 nəfərə yaxın sakini bələdiyyə sədri Adil İsmayılovdanartıq neçənci dəfədir ki, şikayətçi düşmələrindən gedirdi.
Yeerli narazı sakinlərin dövri mətbuata verdikləri məlumatlarda qeyd edilirdi ki, illər öncə bələdiyyədən torpaq alıblar və xeyli pul ödəyiblər. Amma bir neçə ildir ki, həmin torpaqlara sənəd verilmir: "Bizə demişdilər ki, torpağın sənədləri 3 aya, ən geci 6 aya sizə təhvil veriləcək. Amma artıq 6 ildən çoxdur ki, bu söz havada qalıb”.
Sakinlər etiraf edirlər ki, 2017-ci ildən bəri həmin torpaqlara görə, 40-a yaxın insandan külli miqdarda pul alınıb və mənimsənilib.
Bələdiyyə sədri Adil Şükürov isə öz növbəsində illərdir ki, problem həll olunacaq deyə camaatı yola verir: "Adil Şükürov sənəd tələb edənlərə deyir ki, Nazirlər Kabinetindən satış üçün icazə ala bilmirəm. Gah bizə sənədi təmin edəcəyini deyir, gah da çıxış yolu deyir ki, yığışıb məni məhkəməyə verin. Mən də sizin şikayətlərinizi əlimdə rəhbər tutaraq Nazirlər Kabinetinə müraciət edim, işin ciddiyyətini nəzərə alıb işi sürətləndirsinlər. Bunu da yalandan edir və sonra aradan çıxır".
Adil İsmayılov
Vəziyyətin ciddiliyindən narahat olan sakinlər onu da qeyd edir ki, onlar hər dəfə sədrdən torpaq sənədi, ən azından bir parça kağız tələb edəndə Adil Şükürov müxtəlif bəhanələr gətirir: "Bizi əmin edir ki, narahat olmayın, siz gedib bünövrə qoyub ev tikin, yaşayın rahat, sizi kimsə oradan çıxara bilməz. Əksinə, nazirlik məcbur qalıb sizin torpaqların satışı üçün proseduru sürətləndirəcək və s. boş boş nağıllar".
Calut bələdiyyəsinin sədri Adil Şükürov isə "Arqument.az"a deyib ki, sakinlərin torpaq problemi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, bununla bağlı sərəncam da hazırdır, lakin sənədlərin verilməsi gecikdirirmiş. Bu, bizdən asılı məsələ deyil. Nazirlər Kabinetinin qərarı var, nazir də sərəncam imzalayıb. Biz də bütün sənədləri təqdim etmişik və 5 ildir ki, cavab gözləyirik. Bizə bəlli olmayan səbəbdən sənədlərin verilməsi gecikdirilir. Çalışırıq ki, problemi həll edək", - deyə o qeyd edib.
Örüş sahəsində 30200 manata tikilən stadion
Bu istiqamətdə apardığımız araşdırmalardan sonra Calut kəndindən olan mənbəmiz bir çox məsələlərə bizim əlaqə saxlayaraq aydınlıq gətirdi. Belə ki, bələdiyyə sədri, əslən Kəlbəcərdən olan A.İsmayılovun 20 ildir ki, bu posta rəhbərlik etdiyi vurğulandı. İşlədiyi müddətdə vergilərdən yayınmağı, işçilərin social fonda ödənilməli olan 24000 manat pulun bilərəkdən illər üzrə ödənilməməsi xüsusi qeyd edilir. Bələdiyyə sədri bu illər ərzində Abşeron rayonun Mehdiabad qəsəbəsində 0.2 ha torpaq sahəsinə, Gəncə şəhərində bir malikanəyə sahibdir. Yəni, bu adam uzaqgörənlik edib Oğuz rayonunda özünə 1 babat ev tikib yaşamağındadır. Amma il yarım əvvəl onun idarə etdiyi 90—044 markalı. Qara rəngli “Tayoto-Prado” markalı bahalı avtomobilini naməlum şəxslər gəlib evinin qapısından zorla götürüb aparmışlar. Sonradan məlum olmuşdur ki, kimlərəsə olan külli-miqdarda borc əvəzi bu avtomobili aparıblarmış. Bu halo nun nüfuzuna ciddi xələl gətirmişdir. İki həftə öncə isə sakinlərin ondan etdiyi şikayətlərə və hazırda Oğuz rayon Prokurorluğunda barəsində başlanmış araşdırmalardan sonra A.İsmayılov özünü cəmiyyətdə qəribə aparmağa başlamışdır. Belə ki, o Oğuz şəhərindəki bazarda yolun ortası ilə gedərkən avtomobilin qarşısına çıxmış və sürücü vaxtında əyləci basa bilmişdir. O da məlum oldu ki, sakinlərin ondan 6 il əvvəl verdikləri pullarını geri istəmələri müqabilində nəzərdə tutulan və dövlətin balansında olan örüş sahəsindən belə narazı adamlara ev və hasar tikməyə icazələr verir, saxta bələdiyyə arayışları təqdim edir ki, vətəndşlar gedib Şəkidə yerləşən ASAN xidmətdən communal xidmətlərdən istifadə edə bilsinlər. Məsələn, Oğuz rayonunda müvəqqəti məskunlaşmış Mürsəlov Vüqar Mehman oğluna arxa tarixlə, 23 yanvar 2023-cü il tarixli arayışı Şəki ASAN xidmətə təqdim etmək üçün verərək qeyd etmişdir ki, vətəndaş 4 otaqlı fərdi yaşayış evində yaşayır. Digər səndələ yerquruluşu çıxarışında da qeyd etmişdir ki, guya Calutr Bələdiyyəsinin mülkiyyətində olan torpağın yerquruluşu layihələndirmə çıxarışında Mürsəlov Vüqarın evi koordinatlarla göstərilib. Xatırladaq ki, bu sənədlərin hər ikisi saxtadır və Vüqar Mürsəlov kimi digər narazı vətəndaşlara verilmiş bu sənədlərdən göründüyü kimi, yerli bələdiyyə sədri A.İsmayılov ayrılan 5 ha örüş sahəsini 40-a yaxın şəxsə bələdiyyə torpağı kimi özbaşına satmış, onların communal xidmətlərdən istifadə etməsi üçün onlara saxta arayışlar vermişdir. Son məlumatlardan o da aydın olur ki, nəzərdə tutulan 5 ha örüş sahəsində sakinlər bələdiyyə sənədi əsasında evlər və hasarlar inşa edib yaşamaqdadırlar. Lakin onlara vəd edilən əsas sənədin Nazirlər Kabinetinin sərəncamından sonra, yəni örüş sahəsinin təyinatının dəyişdirilərək bələdiyyənin sərəncamına verilməsi barədə QƏRAR nədənsə NK- tı tərəfindən verilmir. Baxmayaraq ki, sakinlər də qeyd etmişlər ki, bunun üçün tələb olunan rüsum haqları hələ 6 il əvvəl A.İsmayılova verilmişdir.
Xatırladaq ki, Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var. Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47 nəfər ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib.
Digər tərəfdən o da məlum oldu ki, elə həmin 5 ha örüş sahəsinin bir tərəfində də cənab A.İsmayılov oğlunun adından 30200 manat məbləğində smeta dəyəri olan bir stadion da istifadəyə verib. Amma görünən odur ki, bu stadionda bircə dəmir borulardan quraşdırılan futbol qapıları, və ətrafında ucuz dəmir setka var. Bunun da cəmi dəyəri 3000 manatdan artıq ola bilməz. Bəs qalan pullar stadionda haraya xərclənib. Bunu hələlik bilən yoxdur.
Qaldırdığımız məslə ilə bağlı ƏN-nin Bələdiyyələrlə İş Mərkəzinin müdiri cənab Rəhman Məmmədov Şəki Regional Bələdiyyə Mərkəzinin müdiri cənab Zaur Xəlilova rəsmi məktub göndərərk məslənin araşdırılmasını xahiş etmişdir. Vəssəlam.
Redaksiya olaraq düşünürük ki, yerli İcra Hakimiyyətindən fərqli olaraq Calut kənd Bələdiyyəsinin sədri cənab Adil İsmayılovun son 15 illik fəaliyyətinə hüquq-mühafizə orqanları və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müdiri cənab Rəhman Məmmədovun şəxsi nəzarəti altında hüquqi qiyməti veriləcək və dövlətə, vətəndaşlara dəymiş külli-miqdarda ziyan tezliklə qaytarılacaqdır.
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu