Məlum olduğu kimi, hökumətin Bakıda fəaliyyət göstərən taksilərin sayını azaltmaqla bağlı planları var. İctimai nəqliyyatın bərbad vəziyyətdə olduğunu və ölkədəki işsizlik səviyyəsini nəzərə alsaq, bu planların yaxşı heç nə vəd etmədiyini deyə bilərik...
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində hökumətin taksi xidmətilə bağlı mövqeyini tənqid edib: “Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda 60 min taksi var, çoxdur, 20 min bəs edir, sayı azaltmaq fikrindəyik.
Hökumət rəqabətli mühit istəmir, rəqabəti təhlükə sayır. Taksi xidməti azsaylı sahələrdəndir ki, rəqabət yüksəkdir. Son 10-15 ildə, bəlkə də yeganə sahədir ki, qiymətlər ucuzlaşıb, vətəndaşın seçim imkanı yaranıb. Deməli, bundan narahatdırlar, növbəti dəfə işıq gələn yeri qapatmağı düşünürlər.ds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
Hökuməti niyə 60 min taksi narahat etməlidir ki?! Əgər məsələ tıxacdırsa, Bakıda 900 minə yaxın avtomobil var, bunun cəmi 60 mini taksidirsə, nədən bu məsələyə kökləniblər?!
Əslində, hökumət özünə sual verməlidir ki, ictimai nəqliyyat normal işləsəydi, taksiyə tələb artmazdı. Papağını qabağına qoyub düşünməlidir ki, camaat kefindən taksi sürmür, iş-güc yoxdur, iş tapa bilmirlər deyə taksi sürməyə yönəlirlər.
Yaxşı, indi 40 min sürücünü işsiz qoyub nə qazanacaqlar?! Narazılığın yüksəlməsini?! Niyə?! Özlərinə düşməndirlər?! Zatən quru sərhədləri bağlı saxlamaqla millətin narazılığını yüksəldiblər, nədən daha da artmasını istəyirlər?!”