Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "agentliyin istifadəsində olan kondisionerlərin cari təmiri,kondisioner və soyutma sistemlərinə illik texniki servis xidmətlərinin satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "VK GROUP CONSTRUCTION" MMC olub. Tərəflər arasında 40.887 AZN-lik müqavilə bağlanıb.
Əldə etdiyimiz məlumata görə, qalib şirkətin hazırda dövlətə 17641.83 AZN vergi borcu var.
Bildirək ki, bizamanmə kapitalı 10 AZN olan "VK Group Construction" MMC-nin qanuni təmsilçisi VÜSAL KƏRİMOV ŞAMİL OĞLUdur.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.
Xatırladaq ki, "VK GROUP CONSTRUCTION" MMC ötən ilin oktyabr ayında 10984.17 AZN vergi borcu olduğu halda Nizami Tibb mərkəzi ilə tender müqaviləsi imzalamışdı.
Facebook-da paylaş