“Bizim ən ciddi problemlərimiz mədəniyyətlə bağlıdır. O qədər elmli, savadlı, vəzifəli, pullu insan görürəm ki, mədəniyyətdən xəbərləri olmadığını 10 dəqiqəyə göstərirlər. Bu problem xüsusilə ictimai yerlərdə özünü daha qabarıq göstərir”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında yazıb. Onun fikrincə, bu problemin həlli də hakimiyyətdən çox cəmiyyətdən asılıdır:
“Nə qədər ki, cəmiyyət bu nadanlara hər addımbaşı öz etirazlarını bildirməyəcəklər, bildirənlərə dəstək olmayacaqlar, “əşşi, nə işim var” prinsipi ilə hərəkət edəcəklər, bizi daha pis günlər gözləyəcək. Bu görməmişlər, natamamlar ictimai yerlərdə də daim bizim hesabımıza özlərinin xüsusi kasta olduqlarını gözə soxacaqlar”.
Sənan Qurbanlı