İfadetv.com-un 29 may sayında "Nazirə “Pul yığırlar”şikayəti edən direktor öz ad günündə pul yığdırdı, xəstəxanalıq oldu" başlıqlı araşdırma yazısı dərc edildikdən sonra 2 saylı Şəki Uşaq Musiqi məktəbinin direktoru Tərlan Məmmədovun Dövlət Gömrük Komitəsində işləyən qardaşı Oktay Məmmədovun redaksiyamıza zəng edərək qardaşı Tərlanın hazırda ciddi xəstəlikdən müalicə almasını xahiş edərək yazının müvəqqəti saytdan çıxarılmasını xahiş etmişdir. Eləcə də adını çəkməyi məsləhət bilmədiyimiz onlarla hörmətli şəxslər, o cümlədən şəxsi həkimin də eyni xahişlə müraciət edərək Tərlan müəllimin sağalmasına qədər yazının müvəqqəti olaraq dayandırmağımız xahiş olunmuşdur.
Biz redaksiya olaraq müraciətlərə hümanizm prinsipindən yanaşaraq QƏRARA GƏLDİK Kİ, Tərlan müəllimin hazırda aldığı və növbəti kimya terapiya seansı yekunlaşana qədər, yəni 21 gün ərzində yazının ictimailəşməsini saxlayaq. Hörmətli Tərlan müəllimə tezliklə sağalmasını və həyata yeni baxışla, yeni fəlsəfə ilə yanaşması arzusu ilə.
İfadetv.com