İfadetv İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru İfadə Cəfərzadə tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevə və digər aidiyyatı orqanlara «Azəernerji» ASC-nin sabiq idarə rəisinin müavini olmuş Mehin Zeynalova və kriminal dostları tərəfindən barəsində yazılan «Azərenerji»ASC-də baş verən maxenasiyalar nə vaxt aydınlıq gətiriləcəkdir, cənab Balababa Rzayev?!» başlıqlı araşdırma yazısına görə dünən gecə saatlarında mobil telefonuna zənglər edilərək təhdid olunmağı və şəxsi təhlükəsizliyinin təmin olunması ” barədə müraciət etmişdir. Baş redaktorun müraciətini olduğu kimi oxucularımıza təqdim edirik:
Çoxhörmətli cənab Prezident İlham Əliyev!
Xüsusi vurğulamaq istərdim ki, son illərdə Sizin rəsmi çıxışlarınızda medianın cəmiyyətdəki rolunu qabartmağınız və jurnalistlərin fəaliyyətinə inamla yanaşmağınız tərəfimizdən rəğbətlə qarşılanır və fəaliyyətimizi vicdanla yerinə yetirmək üçün bizə ruhyüksəkliyi verir.
Ona görə də ölkəmizdə hüquqi dövlətin qurulması istiqamətində böyük əzmlə çalışırıq. Əsas məqsədimiz öz peşə fəaliyyətimiz dairəsində dövlətimizin həm iqtisadi, həm də siyasi olaraq daha da güclənməsinə öz töhfəmizi verməkdir.
Lakin çox təəssüflər olsun ki, jurnalistlərin ölkədəki neqativ proseslərin aşkarlanması ilə bağlı fəaliyyəti bəzi hallarda korrupsioner məmurların qanunsuz əməlləri ilə ört-basdır edilir, cinayətkarla gizli sövdələşmələr nəticəsində bizə qarşı yaramaz ünsürlərin qısasçılıq əməlini həyata keçirməyə ( motiv) zəmin yaradırlar. Necə ki, informasiya sorğumuza cavab verməməklə.
Belə hallardan biri də İfadetv.com saytının 04 iyun 2024-cü il tarixində dərc olunan «Azərenerji»ASC-də baş verən maxenasiyalar nə vaxt aydınlıq gətiriləcəkdir, cənab Balababa Rzayev?!» başlıqlı araşdırma yazısı dərc edildikdən sonra bu gün, yəni 7 iyun 2024-cü il gecə saat 22.30 radələrində tanımadığım 077- 522 60 09 nömrəli nömrənin votsapından zəng edilərək niyə Mehin Zeynalova barədə yazı yazdığımızı və dalınca da kriminal ünsür olan dostları vasitəsilə küçə söyüşlərilə məni təhqir etməyə başlamış və hədə -qorxu gəlmişlər.
Xatırladım ki, yazıda faktlar öz əksini tapmışdır. M.Zeynalova təxminən 1 il əvvəl də zəng edib oxşar hədə-qorxu gəlmişdir. Əldə etdiyimiz yeni sənədlər və məlumatlar əsasında mayın 14-də ( 2024-cü il) biz məsələlərin dəqiqləşməsi üçün aidiyyatı üzrə informasiya sorğusu göndərsək də, 21 gün ərzində sorğumuza cavab verilməmiş və bundan sonra biz araşdırmanı təhlillər əsasında və əldə etdiyimiz sənədlər üzrə dərc etmişik.
Cənab Daxili İşlər naziri Vilayət Eyvazov, mənimlə psixoz vəziyyətində ifşa olunmasından qorxaraq ( törətdiyi cinayət faktlarına görə) mənə hədə-qorxu gələn və özünə aid küçə söyüşlərilə təhdid edən Mehin Zeynalova və onu dəstəkləyən kriminal ünsürlərin təcili surətdə tapılması və qanunauyğun olaraq tədbirlər görülməsini, mənim və ailəmin təhlükəsizliyin təmin edilməsini xahiş edir və əvvəlcədən təşəkkürümü bildirirəm.
Cənab Prezident!
Bu baxımdan, Sizdən bir daha xahiş edirəm ki, «Azərenerji» ASC-nin sabiq rəis müavini olmuş və işlədiyi müddət ərzində dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaqla qanunazidd əməllər törətmiş Mehin İsrafil qızı Zeynalova tərəfindən şəxsən mənim həyatıma qarşı hər hansı törədə biləcək hadisənin qarşısının vaxtında alınması üçün aidiyyatı üzrə orqanlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
Qoşmalar: 077-522 60 09 mob telefonundan gələn hədələyici mesaj.
https://ifadetv.com/5518-azeenerji-asc-de-bas-veren-maxenasiyalara-ne-vaxt-aydinliq-getirilecekdir-cenablar.html
Hörmətlə,
İfadetv.com İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru İ. Cəfərzadə