İFADETV.COM-un baş redaktor müavini Məmməd ƏHMƏDOĞLU Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:
Çoxhörmətli cənab Prezident!
Əvvəlcə onu qeyd edim ki, son illərdə Sizin öz çıxışlarınızda medianın cəmiyyətdəki rolunu qabartmağınız və jurnalistlərin fəaliyyətinə inamla yanaşmağınız tərəfimizdən alqışlanmaqla yanaşı, bizə böyük stimul və ruhyüksəkliyi verir. Məhz bu səbəbdən də, 22 ildir ki, ölkəmizin iqtisadi inkişafına maneçilik törədən problemlərin aradan qaldırılması, dövlət büdcəsini talayan simasız məmurların aşkara çıxarılması istiqamətində böyük əzmlə çalışırıq. Əsas məqsədimiz öz peşə fəaliyyətimiz çərçivəsində cəmiyyətdəki bütün neqativlərin üzə çıxarılmasına və onların həllinə yardım etməklə, dövlətimizin daha da güclənməsinə öz töhfəmizi verməkdir.
Lakin çox təəssüflə olsun ki, jurnalistlərin ölkədəki neqativ proseslərin aşkarlanması ilə bağlı fəaliyyəti bəzi hallarda müxtəlif qurumlar tərəfindən korrupsioner məmurların qanunsuz əməlləri yetkili şəxslər tərəfindən ört-basdır edilir.
Cənab Prezident!
Diqqətinizə çatdırım ki, İfadetv.com saytının 12 mart 2024-cü il tarixində dərc olunan
“POLKOVNİK İKİ NƏFƏRİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN TÖRƏTDİYİ AVTOQƏZADAN NƏ QƏDƏR QAZANCLI ÇIXDI?- Nazirə müraciət sərlövhəli yazıda adı hallanan Azərbaycan Respublikası Hərbi Komissarın müavini, sonra isə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin qərərgah rəisi olmuş Sadıqov Rasım Sadıx oğlunun törətdiyi qanunsuz əməllər( iki nəfərin ölümü ilə nəticələnən avtoqəza daxil olmaqla) yenidən Daxili İşlər Nazirliyində araşdırılmışdır. Və əsassız 10 aprel 2024-cü il tarixli cavabı verilmişdir. Digər etibarlı mənbələrdən aldığım son məlumatlara görə R.Sadıqov DİO –da bu araşdırma zamanı külli-miqdarda ziyana düşmüşdür. Ona görə də arvadı olan sabiq nazir Nadir Əhmədovun qızı tərəfindən əri Rasimə verilən 20000 manat pul müqabilində qisas alamaq məqsədilə cinayətkar aləmin üzvlərindən ibarət dəstəyə məni əvvəlcə ölümcül əzişdirmək və videoya çəkib rüsvay etmək üçün sifariş vermişdir. Bu adamı yaxından tanıyanlar da bilirlər ki, çox xəsisdir. Ona görə də qəza vaxtı sükan arxasında olan təcrübəsiz arvadının şəxsən 2 nəfərin ölümü ilə nəticələnən cinayət işinin açılmaması müqabilində indi də bizim yazdığımıza görə R.Sadıqovun maddi ziyana düşməsini heç cürə həzm edə bilmirlər. Əgər motiv belə olmasaydı bu adam heç 2 manatından belə keçməzdi.
Təəssüflə qeyd edirik ki, 2 nəfərin ölümü ilə nəticələnən cinayət faktların araşdırılmasında, DİN-nin BİSTİ-də maraqlı olmayıblar və müraciətimizə əsassız formal cavab veriblər, qeyd olunan problemlərin həlli istiqamətində hər hansı tədbir görülməyib. Əksinə, R.Sadıqovu maddi ziyana salmaqla mənim bir jurnalist kimi həyatımı risk altına atıblar. Mən hələ R.Sadıqovun ilk hədə-qorxu ismaarşlarından sonra “Mənim və ailəmin təhlükəsizliyinin təmini”barədə də 15 mart 2024-cü il tarixli məktubla cənab nazir Vilayət Eyvazova müraciət etmişdim.
Cənab Prezident!
Bu baxımdan, Sizdən xahiş edirik ki, Rasim Sadıqov tərəfindən şəxsən mənə qarşı terror aktının sifarişinin qarşısının vaxtında alınması, qeyd etdiyimiz faktların daha peşəkar və nəfsitəmiz əməkdaşlar tərəfindən araşdırılması ilə bağlı müvafiq orqanlara göstəriş verəsiniz və bu işi nəzarətinizdə saxlayasınız.
Sizə əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə,
İfadetv.com İnformasiya Agentliyinin baş redaktor müavini Məmməd ƏHMƏDOĞLU