Və yaxud Qazanoğlu Tural ( polis) düzmü deyir?
08 mart 2024-cü il tarixli sayımızda “ Azərenerji” ASC-nin nədən dövləti milyardlarla borca salmasının səbəbləri bilindi” başlıqlı, “Və yaxud, "Azərenerji" ASC "Korrupsiya yuvasına" necə çevrildi? Yarımbaşlıqlı araşdırma məqləsində əsas məsələ kimi dövlət strukturunda qısa müddət çalışmış idarə rəisinin müavini olmuş Mehin Zeynalovanın işlədiyi 3 il ərzində bahalı avtomobillərə, ev, torpaq sahibinə, pullara sahib olması araşdırlaraq bu adamın saxtakarlıqla aldığı 1950 manat əməkhaqqı ilə qısa zaman kəsiyində bu qədər varidata sahib olmasının şübhəli olduğunu vurğulamış və məsələnin araşdırlmasını aidiyyatı orqanlara göndərmişdik. Araşdırma zamanı iki epizod üzrə cinayət işlərinin də baş verdiyi vurğulanmış və bu bardə Daxili İşlər Nazirliyinə ünvanladığımız 23 fevral 2024-cü il tarixli “İnformasiya sorğusuna” nəhayət 12 mart tarixində DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis əvəzi cənab Anar Mirhəşimlinin imzası ilə rəsmi məktub almışıq. Məktubda qeyd edilir:
“ Müəyyən edilmişdir ki, Mehin Zeynalovanın tanışı İntiqam tərəfindən hədlənməsi barədə müraciəti əsasında Bakı şəhər Nizami Pİ-nin 23-cü PB-də araşdırma aparılmış, toplanmış sübutlara istinad edərək cinayət içşinin olmadığına görə 23 sentyabr 2023-cü ildə AR Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən ( Yəni, cinayət hadisəsi olmadıqda) cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Həmçinin müəyyən olunmuşdur ki, İntiqam İsayevin bir qrup şəxs tərəfindən döyülməsinə dair müraciəti üzrə Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılmış , ekspert rəyinə və toplanmış digər sübutlar a istinad edilərək əməldə cinayət tərkibi olmadığına görə 29 sentyabr 2023-cü ildə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Şikayətdə göstərilən xüsusatlarıntam, hərtərəfli araşdırılması məqsədilə müraciətiniz cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın əsaslılığının yoxlanılması üçün cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Bakı şəhər Nizami Rayon Prokurorluğuna, surəti isə Mingəçevir şəhər Polis Şöbəsinə göndərilmişdir.”
Bəli, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin redaksiyaya rəsmi təqdim etdiyi məktubdan da görünürür ki, istər Nizami RPİ-nin 23-cü PB-də şikayətçi M.Zeynalovanın ona hədə qorxu gələrək, şantaj yolu ilə tələb etdiyi 50000 manat pula görə cinayət işi açılmır. Və 23-cü PB-də belə qərara gəliblər ki, hədə-qorxu ilə vətəndaşdan 50000 manat pul tələb etmə CPM-nin 39.1.1-ci (yəni cinayət hadisəsi olmadıqda) hissəsi tətbiq edilib, əslində baş vermiş və 189.3.2 maddəsi üzrə başlanmalı olan cinayət işi hansısa maraqlardan ört basdır edilmişdir.
Bu məslə ilə bağlı bird aha xatırlatmaq yerinə düşür:
"Qısa müddətdə xanım M.Zeynalovaya rəis müavini olduğuna görə ona xidməti avtomobil və gənc və enerjili İntiqam adlı sürücü də ayrılır. Məlumata görə, az keçməmiş, Mehin xanım nədənsə əsəbiləşərək sürücüsü İntiqamı idarədən it kimi qovmaqla hədləyir. İntiqam da, onun qarşısına əks arqument qoyaraq onu aralarında davam edən özəl münasibətlərə görə ifşa edəcəyini, kollektivdə biabır edəcəyini bildirmişdir. Aralarında yaranan soyuq münasibətlərdən maksimum faydalanmağa çalışan sürücü İntiqam özünəməxsus –2992848 mob telefonun votsap profilindən Mehinə 2023-cü ilin avqustun son günlərində, səhər saat 4: 08-də xəbərdarlıq mesajında bildirir:
“ Mənə 50 min verməlisən, Yoxsa səni rüsvay edəcəm el aləmdə” 30 dəqiqə sonra İntiqam votsapla 30 dəqiqədən sonra yenidən soruşur: “ Nə oldu 50 min? Vermirsən deməli” Saat 5:27 –də Mehin İntiqama cavab yazır: “ Verəcəm, səbrli ol”.
Sürücü İntiqamın İdarənin rəis müavini olan M.Zeynalovaya göndərdiyi bu mesajdan da aydın olur ki, əmək haqqısı 1950 manat olan bir idarə məmurundan 50000 manat pul elə belə istənilmir. Yəni sürücüsü çox yaxşı bilir ki, 3 il əvvəl ayağında cırıq və paslı krasovka, cins şalvar və adi bir ağ köynəklə idarədə işə başlamış M.Zeynalova (avtomobilində daşıdığı cavan məmur qadın) indi hansı imkanlara malikdir.
Mingəçevir şəhər Polis Şöbəsində də “Azərenerji” ASC-nin sürücüsü İntiqam İsayev xidməti vəzifəsini yerinə yetirərkən, yəni, Mingəçevir DRES-ə ezam olunarkən “yenə də “Azərenerji” ASC-nin digər iki nəfər qolu zorlu rəsmi işçiləri olan Yusifov Nicat və Ziya sürücü İ.İsayevi təqib etmiş və DRES həyətində əvvəlcə onu avtomobilin içində möhkəm döydükdən sonra, yerə salıb sürütmüş və fiziki zorakılığı davam etdirmişlər. Kameralar altında baş vermiş hadisə ilə bağlı sürücü bütün aidiyyatı yuxarı orqanlara şikayətlər etsə də, həkimdən bədən xəsarətləri barədə tibbi rəyi müstəntiqə versə də, sonda yenə də Mingəçevir ŞPŞ-də faktla bağlı yenə də hansısa maraqlardan irəli gələrək CPM-nin 39.1.2 ci maddəsi təvsiv olunmuşdur. Yəni, əməldə cinayət tərkibi yox imiş. Bəs nə vaxt cinayət tərkibi olmalı imiş? Vətəndaş aldığı zərbələrdən keçindikdən sonramı??? Bu məslə barəsində əldə etdiyimiz məlumatda o da bildirilir ki, hətta Baş Prokurorluq bu şikayətlə bağlı “Azərenerji” ASC sədri cənab B.Rzayevə məsələnin araşdırılması üçün rəsmi məktub da göndərmişdir.
Ona görə də hesab edirik ki, hər iki hadisə ilə bağlı verilmiş əsassız qərarlarla bağlı xüsusatlar Nizami rayon Prokuroroluğunda və Mingəçevir şəhər prokuroluğunda deyil, Bakı şəhər prokurorluğu və Baş Prokurorluqda yenidən araşdırılmalı və baş vermiş cinayət hadisələrinə hüquqi qiymət verilməlidir.
Digər tərəfdən “Azərenerji” ASC-də 15-ci dərəcə ilə ( sonradan saxtalaşdırılaraq 16-cı dərəcə edilən əmrə əsaəsən) idarə rəisi olmuş M.İ.Zeynalovanın işdəyi 3 il müddətində törətdiyi maliyyyə maxenasiyaları barədə yazdıqlarımız faktlarala bağlı aidiyyatı orqanlar tərəfindən arayış verilməsi gözlənilir:
M.ZEYNALOVANIN MALİYYƏ MAXENASİYALARI BARƏDƏ TƏKRAR XATIRLATMA
“Azərenerji” ASC-nin Bakıda, " 20 Yanvarda”H.Zərdabi küçəsi 94 ünvanda yerləşən Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti idarəsində 3 il öncə mühəndis vəsifəsinə işə qəbul edilmiş 24 yaşlı Zeynalova Mehin adlı xanımı "Azərenerji”ASC-nin Şirvan şəhərində yerləşən GRES ərazisindəki qonaq evlərinə 2022-ci ilin aprelindən 2023-cü ilin iyul ayınadək həftəaşırı xidməti ezamiyyətlərə göndərilsə də, əslində o qonaq evində istirahət etmişdir. Nəticədə 2022-ci ilin aprelindən başlayaraq M.Zeynalovaya hər həftəlik ezamiyyə üçün 2000 manat, digər əsas peşəkar işçilər üçünsə həftəlik 350 manat ezamiyyə pulu hesablanmışdır. Və dövlət büdcəsinə bu müddət ərzində tək bir epizod üzrə kifayət qədər ziyan vurulmuşdur. Yəni, böyük miqdarda maliyyə cinayəti törədilmişdir. Biz mətbu orqan olaraq bu məsələ barəsində Maliyyə Nazirliyi və Dövlət Maliyyə Nəzarət Xidməti qarşısında vəsatələ sorğu göndərsək də, sonda “Azəreneji” ASC yetkililəri qaldırdığımız məsələnin əsassız olması barədə saxta raport təqdim etmişlər. Hələ bu günə qədər büdcədən şişirdilərək talanmış ezamiyyə pulları geri qaytarılmamışdır.
Yəni, dövlət maraqları baxımından bu məsələ ədalətlə araşdırsaydı bu epizod üzrə maliyyə sənədləri üzrə ödəmələrdə kəskin fərqi ezam olunanlardan və mühasibatlıqdan soruşa bilərdi və əsil həqiqətlər- maliyyə cinayətləri ortalığa çıxa bilərdi. Bəli, qaldırdığımız bu məsləyə görə M.Zeynalova redaksiyamıza zəng edərək bizi təhdid etmiş və məhkəmə ilə hədələmişdir. Lakin onun həndəvərində fırlanan “mələkləri” sonda başa sala bilmişlər ki, məhkəmə çəkişməsində bu məsələlər açılsa onlar yox, bizlər pis duruma düşə bilərik. Hələ bu azmış kimi, xanım M. Zeynalova 2022-ci ildə aldığı 14-cü dərəcənin 15-ci dərəcəyə qalxması üçün “Azərenerji” ASC şefi B.Rzayevin 16 mart 2023-cü il tarixli əmrini göy rəngli qələmlə saxtalaşdıraraq rəsmi əmrdə 15 rəqəmini 16 kimi qeyd edərək idarənin mühasibatlığına təqdim etmişdir.
M.Zeynalovanın saxtalaşdırdığı əmr
Nəticədə, 600 manat əməkhaqqı ilə işə başlayan M.Zeynalovaya 2 ildən sonra 16-cı dərəcə ilə 1950 manat əməkhaqqı hesablanmışdır. Və bu maliyyə cinayətləri bizim yazdıqlarımız sübutlara rəğmən idarənin özü tərəfindən ört- basdır edilmişdir. Elə ona görə də M. Zeynalova 2022-ci iln əvvəlində özünə KİA markalı avtomobil alır. Elə 2 aydan sonra, yəni 2022-ci ilin may ayında qəza törətdiyinə görə yeni KİA SOUL avtomobili alır. 2024-cü ilin yanvarında isə 0 km yürüşü olan yeni, 3-cü "Toyota" markalı bahalı avtomobil də almışdır. 1 il öncə isə dəyəri 4000 manat olan “Ayfon-13” Promax markalı mobil telefon alır. İşlədiyi iki l yarım vaxt ərzində Masazır qəsəbəsində kiçik villa da alıb hazırda yaşamağındadır. Son məlumata görə xanım M.Zeynalova indi də ( 2024-cü ildə) özünə yeni TOYOTA markalı bahalı avtomobil almışdır.
İnanırırıq ki, Baş Prokurorluq nəhayət, yuxarıda qeyd etdiyimiz faktlar və rəsmi sənədlər üzrə “Azərenerji” ASC-də 3 epizod üzrə baş vermiş cinayət işlərinin xüsusatlar üzrə yenidən araşdırılmasına və hüquqi qiymət verilməsinə göstəriş verəcəkdir.
İfadetv.com-un araşdırma qrupu