VƏ YAXUD, İNSANLAR CAN HAYINDADIR, RAFİQLƏR, ZAKİRLƏR. SABİRLƏR MİLYONLAR AXTARIŞINDA
Bu ilin 05 may tarixli sayımızda “ŞƏKİ SUVARMA SİSTEMLIƏRİ İDARƏSİNİN KEÇƏN İLDƏ ŞİN ÇAYDA VURDUĞU 320 KUB M QABİON BƏNDİ GÖRƏN OLUBMU?” başlıqlı, Və yaxud, Əhmədov Sabiri "çaytəmizləmə əməliyyatını" gecələr həyata keçirməyə nə məcbur edir? Yarımbaşlıqlı araşdırma yazımız yerli kənd sakinlərinin müraciətləri əsasında hazırlanaraq ictimailəşdirilindən sonra Şəki Suvarama idarəsinin rəisi Əhmədov Sabir Niyazi oğlu qaldırdığımız məslə ilə bağlı 27 may 2024-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini olan cənab Zakir Quliyevə və 24 iyun 20204-cü il tarixli, eyni məzmunlu cavab məktubu ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Regional Su Meliorasiya Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən və eyni zamanda verilən əlumata əsasən Sabir bəyin “Xaç atası” olan Rafiq Aslanova yazdığı arayışda qeyd edilən rəqəmlər və faktların çoxu əsassızdır.
Bu da sizin "PENDİR BƏND"ləriniz
Bəli, biz cənab Əhmədov Sabirin hansı məcburiyyətdən redaksiyamıza və özünün arxası hesab etdiyi Rafiq və Zakir cənablarına verdiyi uydurma məktublarının yazmasına məcbur olması da Baş Prokurorluğun birbaşa göstərişi olmuşdur. Təbbi ki, belə vəziyyətdə Şəki SSİ-nin düzüb qoşduğu və az qala bizi və yuxarı orqanlara müraciət edən Baş Göynük kənd sakinlərini yalançı və saxtakar kimi qələmə verməyə cürət edən bu rəhbər hətta vicdan əzabı çəkmədən qeyd edir ki, guya “...75 nəfər müraciət edənlərlə əlaqə saxlanılmış və onların da yarısının imzasının saxta olduğu, yəni özlərinin etiraf etdiklərinə görə bu müraciətdən xəbərlərinin olmadığı məlum olmuşdur”. Burada yaxşı deyiblər- “Oğru elə bilir hamı oğrudur, doğru elə bilir, hamı doğrudur”. (İmzalar təqdim edilir) Yəni, rəhbərin bu imzalara şübhəsi varsa xəttişünaslıq ekspertizasına təqdim edə bilər. Özbaşına rəy verməyə bu adama kimsə səlahiyyət vermir.
Sel təhlükəsi barədə müraciət edən kənd sakinlərinin imzaları
Biz redaksiya olaraq Niyazinın oğlu Sabirin öz şeflərinə və Baş prokurorluğa verdiyi yalançı raportlara cavab vermək istəməzdik, Ancaq 8 gün əvvəl Şin çayına gələn növbəti sel bu dəfə elə Meliorasiya və SU Təsərrüfatı ASC-nin Baş Göynük kəndindəki Şin çay üzərində salınmış körpünün sağ sahilindəki batmış bəndin üzərindən aşaraq kəndə doğru istiqmət götürmüşdür.
Yaxşı ki, yerli sakinlərin köməkliyi sayəsində sel sularının qarşısını nisbətən almaq mümkün olmuşdur. ( video əlavə olunur) İndi biz bilmirik dəflərlə sel təhlükəsi barədə etdiyimiz xəbərdarlıqlara baxmayaraq gözlərimizlə şahidi olduğumuz selin yaratdığı fəsadlara inanaq, yoxsa Niyazinin oğlu Sabirin yazdığ yalan raportlara.
Bu raportlarda idarə rəisi arayış olaraq bildirir ki, guya 2021-ci ildə Şin çayında 168 000 kub m, 2022-ci ildə 148000 kub m, 2023-cü ildə 158000 kub m və cari ilin 5 ayında isə 49000 kub m. Çay axarının təmizlənməsi işilə məşğul olmuşlar. Sonuncu rəqəmə diqqət edək. Kənd sakinlərinin 5 aprel 2024-cü il tarixli müraciətlərindən 15 gün sonra Şəki SSİ tərəfindən iki ədəd ağır trexnika körpüdən üst hissənin çayın kəndə doğru açdığı yarğanın qarşısında təmizləmə işləri görməyə başlamışlar. 1 həftə sonra isə texnikalardan birinin sınması nəticəsində yalnız 1 texnikanın çay yatağında işləməsinə imkan yaranmışdır. Budur, guya işlədikləri 1 ay ərzində 1 texnika ilə 49000 kub m çay daşları lil-çınqıl axıntıları təmizlənmişdir. ( Sənədə isə 5 ay iş görülməsi barədə maxenasiyalar etmişlər.)Qayıdaq əvvəlki illərə Rəsmi arayış verirlər ki, guya 2021-ci ildə Şin çay yatağının 168000 kub m təmizləmə işi aparılmışdır. 2022-də 148000 kub m və 2023-cü ildə 158000 kub m. Bəs bu təmizləmə əməliyyatını niyə kənd sakunlərindən kimsə görməyib? Və yaxud, əgər istifadəyə verilmiş köpü 2005-ci ildə çaydan olan hündürlüyü 17.5 metr idisə, niyə bu il və ya bir neçə il əvvəl bu hündürlük 6.5 -7 metrə qədər azalmışdır? Əgər 1 % məcratəmizləmə işləri görülübüsə niyə çay yatağı bu gün çay kanalını tamamilə doldurmuşdur. Yəni, savadlı mütəxəssis bu halın baş verməməsi üçün hər ilin payızından çayın yuxarısından aşağısına doğru süni yarğan-kanal açmalı idi ki, gələn sel də həmin istiqamətdə şişib dolmamalı, açılan yarğanı öz iti sürətilə daha da genişləndirməli idi. Bu təxribatçılar isə əməli iş görmək əvəzinə sənədlərdə icra olunan işlərlə bağlı çoxsaylı hesabatlar yazıb pul silməklə -maliyyə maxenasiyaları ilə məşğul olublar. “Görünən kəndə bələdçi lazım olmadığı kimi” hazırda Şin çayının baş ayaq dolub daşan qum-şıbnqıl kütləsinin təmizlənməsi artıq müşkülə çevrilmişdir.
ŞİN ÇAYINDA MƏCRATƏMİZLƏMƏ ADI ALTINDA KAĞIZ ÜZƏRİNDƏ GÖRÜLƏN VƏ ƏLDƏ EDİLƏN MİLYONLARIN SORAĞINI R.ASLANOV VƏ Z.QULİYEVİN XARİCİ ÖLKƏLƏRDƏ İNKİŞAF EDƏN BİZNESİNDƏ AXTARMAQ LAZIMDIR:
Qısa haşiyə: https://teref.az/manset/202170-azersunun-sedr-postu-ugrunda-rafiq-aslanov-ve-zakir-quliyevin-mubarzes.html
"... Bəli, Rafiq Aslanov 39 ildir meliorasiya sahəsində məsul vəzifələrdə çalışıb və xeyli vaxtdır “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavinidir. Özü də maliyyə üzrə.
Milyonlar qazanan bu adam kənd sakinlərini su üzünə həsrət qoyub.
Bu adamın oğlunun təkcə xarici avtomobil kolleksiyasının dəyərinə ölkənin yarısını su ilə təmin etmək olar.
Bu adamın biznesi Londona qədər uzanıb keçir.
Bu adam öz bacısı oğlu, qurumun Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyevlə birgə meliorasiya sahəsini öz şəxsi şirkətləri kimi işlədirlər.
Bu adi idarə rəisi özünə krallara layiq kabinet düzəldib, 40 min manatlıq mebel alıb və daha nələr.
Görəsən, nəyin hesabına ?
Əlbəttə, dayısının və özünün dövlətdən və xalqdan oğurladığı milyonların hesabına.
Bu fərasətli bacıoğlu quruma məxsus 1 milyon dəyəri olan kranı satıb cibinə qoyub.
Rafiq Aslanovdan soruşmaq lazımdır ki, Bakıdakı yüksəkmərtəbəli binanı, Qubanın Qəçrəş kəndindəki istirahət mərkəzini hansı pulla tikdirmisən ?
Bütün bu cinayət əməlləri, korrupsiya halları ortada ola-ola, Rafiq Aslanov utanıb-qızarmadan, hələ bir Azərsu ASC-nin sədri də olmaq istəyir.
Görək, Azərsu uğrunda mübarizə aparan digər iddiaçı Zakir Quliyev hansı əməllərin sahibidir.
Zakir Quliyev də öz dostundan geri qalan deyil.
Onun da biznesinin sorağı Türkiyədən, Çexiyadan, İngiltərədən gəlir.
ASC-nin sədr müavini Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası, rayonun Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi, villaları, bahalı mükləri və daha nələri...
Bəli, bu iki dost Meliorasiya sistemini xaraba günə qoyub, özləri isə milyonçuya çevriliblər.
Əslində bu iki vəzifəli şəxs təcili həbs olunmalıdırlar.
Ancaq cəzasızlıq mühiti bunlara imkan verir ki, nəinki həbs olunmaq, hətta Azərsu sədri olmaq uğrunda yarışa çıxsınlar. gundelik baki.com/"
Bu araşdırma məqalələrdən də aydın sübut olunur ki, cənab Əhmədov Sabir Şin çay, Kiş çay, Güncüt çayda məcratəmizləmə adı altında şefləri Rafiqlə Zakirin ona ayırdığı milyonlarla vəsaiti necə xərclədiyi məlum olur.
Rafiq Aslanovun oğluna məxsus milyonluq avtomobil kolleksiyası
Ərazidə yaşayn 20000 insanın taleyi Allahın ümidinə buraxılmışdır. Ağız dolu bəhs etdikləri və 2008-ci ildə, 2013-cü və 2018-ci ildə tikdikləri və tam yarasız hala düşən bəndləri isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin Elmi Tədqiqat İnsitiunun külli-miqdarda rüşvət müqabilində yazdığı saxta rəy əsasında bildirlər ki, tikilmiş və yarasız hala düşmüş bəndlərə yağış sularının təsiri nəticəsində baş verdiyi ilə əlaqələndirirlər. Bəli, belə bir cavabı hələ 2021-ci ildə cənab Zakir Quliyev də redaksiyamıza göndərmişdir. O Zakir Quliyev ki, Azərbaycanda 2006-cı ildən sonra Kür və Araz çaylarında bənd vurma işlərinə rəhbərlik etmişdir. Belə bir mütəxəssisin yazdığı naşı və diletant cavab isə bizi qane etmir. Çünki, səbəbini göstəririk ki, bənlər tikinti norma və standartalarına cavab verməyən vəziyyətdə inşa edilmişdir.Yəni, üyüdülmüş və doğranmış yuyulmuş çınqıl əvəzinə az sement qatmaqla brbaşa çaydan götürülən lilli-palçıqlı daş qarışığı olan xammal materialdan istifadə edilmişdir. Bu da nəticədə qısa müddətdə bəndlərin kürük pendir kimi çatlamasına və parçalanıb dağılmasına səbəb olmuşdur ay Zakir müəllim. İnanmırsınızsa gəlib yerində baxış keçirə bilərik. Bəli, biz sizi də, Şəki Sİİ-nin müdirini də, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət DA-nin saxta rəy vermiş yaramaz və rüşvətxor ünsürlərini də iyulun 7-də günorta saatlarında Baş Göynük kənd körpüsünün üzərində gözləyirik. Ki, birlikdə öz gözlərimizlə vizual baxış keçirib bəndlərin tam yarasız hala düşməsinin, çay yatağının dolub daşmasını gözlərimizlə görüb əsl səbəblərinin şahidi olaq. Yoxsa Əhmədov Sabirin əsassız və uydurma arayışlarına kimsə inanamaz.
Beton bənd 2 ildən sonra erroziyaya uğrayaraq dağılıb Zakir Quliyev və Sabir isə deyir ki, bu bəndlər yağış sularının təsiilə dağılıb
Qaldı ki, 320 kub m qabiol bəndin inşası və onun 07 sentyabr 2023-cü il selinin ilk zərbəsində sıfırlamasına. Mütəxəssi olan kəs dağıdıcı çaya belə oyuncaq bəndi heç vaxt vurmağa icazə verməzdi. Yaddan çıxarmaq lazım deyil ki, Şin çayı uzunluğu 41 km olan və keçmiş SSRİ məkanında ikinci dağıdıcı çay hesab olunub.
Son məlumata görə belə bir dağıdıcı dağ çayına vurulması icazə verilməyən qabyol bənd vurulan ərazini sel bu günə qoyub. 26.06.2024
Beton bəndlər itib və selonun arxasından kəndə istiqamət götürüb. 2023
Əhmədov Sabir arayışının sonunda onu da qeyd edir ki, 80-ci illərdə Şəkinin inçə kəndindən başlayaraq “Qax rayonuna qədər olan 180 kv km ərazidəki torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə tikilən obyektlər müvafiq olaraq həmin dövr üçün ərazidə mövcud olan keçmiş kolxozların balansına verilmiş və 1996-cı ildən sonra aparılan islahatlarala bağlı pay torpaq sahiblərinə və bələdiyyə strukturlarına təhvil verilmişdir. Həmin şəbəkələr pay torpaq sahiblərinin özləri tərəfindən sökülərək dağdılmışdır. Qeyd edilən qurğular ( söhbət 5 m uzunluğu və 300 mm diametri olan sink materialdan hazırlanan 100-lərlə km borulardan gedir.) Şəki SSİ-nin heç vaxt istismarında və balansında olmayıb”. Əgər olmayıbsa xələfiniz Fərahim Qarayev və ondan sonrakı rəhbərlər Məmməd Əhmədov niyə Şəki Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin polis mayoru Rahim Uğurliyevlə birlikdə camaatın sahələrindən gecə saatlarında Şəki SSİ-nin balansında olan sarı rəngli HYUNDAİ markalı ağır texnikasının köməyiılə çıxarıb Şəki şəhərindəki S. Müntaz küçəsində yerləşən satış bazasında satışını təşkil edirdi? Bir hissəsi Şabranda broyler fermaların tikintisi üçün daşınmışdır. Qalan hisəsi isə R. Uğurliyevin şikayətçi Əsgər Əsgərova Şəki şəhərinin B. Vahbzadə küçəsinin sağ və sol hissələrində suötürücü kimi istifadə olunmasını əyani olaraq göstərmişdir. Bu borular uzun müddət Şəki SSİ-nin balansında olmuşdur. Bəli çox yalanlar uydurub arayışlar təqdim etmək olar.
Bu da deyilənlərə sakinlərin tutarlı cavabı: https://www.moderator.az/news/160995.html
Lakin bu gün əsas məsələ ərazidə yaşayan 20000 sakinin təhlükəsizliyinin necə təmin olunmasıdır. Bu gün Şin çayı ətrafında yaşan kənd sakinləri gecələr real sel təhlükəsi üzündən evlərində yata bilmirlər. İnsanarın risq altında yaşamalarının bu gün əsas səbəkarı da Azərbaycan Müliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyi, Fövqəladə Hallar Nazirliyi və yerli İcra orqanı rəhbərliyidir. Başqa heç kim. Və bu məmurlar da baş verə biləcək təbii fəlakətə və insan tələfatına görə birbaşa cavbdehlik daşıyacaqlar. O zaman Əhmədov Sabir təqdim etdiyi saxta arayışlar çətin ki, onu və himayədarlarını məsuliyyətdən azad etsin. Bu arada biz qəti etirazımızı bildiririk ki, heç bir əsası olmayan təqdimat nəticəsində cari ilin iyunun 5-də Əhmədov Sabir 3-cü dərəcəli ”Əmək” ordeni ilə, onun “krışası” hesab edilən məşhur oliqarx Aslanov Rafiq isə “ Şöhrət” ordeni ilə təltif olunmuşlar. https://president.az/az/articles/view/66196 Sual olunur: HANSI XİDMƏTLƏRİNƏ GÖRƏ?
Cavabı bu inkdə oxuya bilərsiniz: http://korrupsiyaxeber.az/gundem/2245-29-ildir-ki-rafiq-aslanov-meliorasiyani-mldir-40-50-faiz-su-hara-it-bilr-rafiq-aslanov-.html
Araşdırmalar davam edir.
İfadetv.com-un araşdırma qrupu
https://www.moderator.az/news/160995.html
“Gözümüzün qabağında dövlət əmlakı tar-mar edilir” - PREZİDENTƏ MÜRACİƏT...
Oxunub: 15991
06 Dec 2016 | 19:39
Moderator.az-ın poçtuna Şəki sakini Əsgərov Əsgər Mustafa oğlu tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış şikayət məktubu daxil olub. Məktubunda Ə.Əsgərov Melorasiya və Su Təsəsrrüfatı ASC-yə məxsus külli miqdarda əmlakların oğurlanması və talan edilməsindən şikayət edir.
Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Biz uzun müddətdir ki, yaşadığımız Baş Göynük kəndinə məxsus və bizə pay verilmiş torpaq sahələrində işləyib ailəmizi dolandırmaqla məşğuluq. Təsərrüfatımız Şəki-Qax dəmiryolu xəttinin altından Əyriçay dəryaçasına qədər uzanan bir sahədə yerləşir. Əvvəllər tütünçülüklə məşğul olardıq. Hazırda şəxsi təssərrüfatla-maldarlıqla, dirrik-tərəvəz yetişdirməklə məşğuluq.
Dəmiryolu xəttinin altında böyük bir hovuz tikilmişdi ki, həmin hovuzdan da həm İnçə istiqamətində, həm də Qax rayonu sərhəddinə qədər olan ərazilərin suvarılması, bataqlıqların qurudulması və s. istifadə olunsun. Su işlərinin görülməsi üçün diametri 300 və 400 mm, uzunluğu 5 m olan azbest, sink və beton borulardan istifadə edilməklə 14 km uzunluğunda, hər birinin eni 100 m olmaqla 20 sırada 1984-1985-ci illərdə çəkilmiş əsas boru xətlərinin cəmi uzunluğu 300 km -ə yaxın idi. Hələ bu boru xətlərinə birləşmiş əlavə xətlər nəzərə alınmır. Bütün bu boru xətləri kimlərinsə göstərişləri əsasında 5-6 il əvvəl günün günorta çağında torpaqların altından texnikanın köməyilə çıxarıldı. Böyük hissəsi (bu sahədə iş görən mənbənin dediyinə görə) Zaqatala rayonundakı anbara daşındı. Sonradan məlum oldu ki, bir sıra iş adamları bu boruları öz pulları ilə alıb təsərrüfat qurublar. Lakin dövlət idarəsinə məxsus olan belə boruların bazarda heç vaxt satışı olmayıb və indi də yoxdur. O vaxtdan onlarla kənd ərazisini əhatə edən torpaqlarda son illər yenidən şoranlaşma başlayıb, sucuqlar, bataqlıqlar artıb. Nəticədə məhsul yetişdirilməsində yerli adamların hamısı əziyyət çəkməli olurlar.
Noyabrın 29-da belə beton borulardan 4000 m uzunluğunda bizim 90 təsərrüfat ailəsinə məxsus “Ocaq Palıdlar” deyilən ərazidən ekskovatorla çıxarılıb oğurlanarkən biz sakinlər tərəfindən hadisənin qarşısı alındı. İnsanlar bu borulardan axan su ilə öz təsərrüfatlarının suvarılması işlərini görürdülər. Ancaq nə yazıq ki, dövlətin bu əmlakına göz dikmiş bir dəstə bizi göz görə-görə aclığa məhkum etmək istəyir. Biz ekskovatorçunu qovduq. O da öz növbəsində bildirdi ki, mən nə çarəyəm. Deyirlər və mən də gəlib boruları çıxarıb hazır edirəm ki, Şəki şəhərinə aparılsın. Biz baş vermiş hadisəni videolentə çəkmişik. Və dərhal DİN-in 102 xidmətinə zəng edərək oğurluq hadisəsinin baş verməsini və dərhal tədbir görülməsini bildirdik. Tez bir zamanda hadisə yerinə Şəki RPİ-nin bir polis kapitanı gəldi. Ekskovatorçu kimə zəng etdisə, dərhal polisə zəng edildi. Polis kapitanı hadisəni araşdırmaq əvəzinə gəldiyi xidməti avtomobilinə minib aradan çıxdı. Və son anda bildirdi ki, bu işlə sahə müvəkkili Rahim Uğurluyev məşğul olacaq.
Sabahı gün doğrudan da polis mayoru R.Uğurluyev öz şəxsi avtomobilndə hadisənin baş verdiyi əraziyə gəldi. Və məni avtomobilinə oturdub gedək dedi. Biz Şəki şəhərinin yuxarı hissəsində B.Vahabzadə küçəsinə çatdıq. Polis mayoru yolun kənarına düzülmüş beton boruları mənə göstərib bildirdi ki, görürsənmi bu borular hara sərf olunur? Şəkinin abadlığı üçün sərf olunur. Mən etiraz etdim ki, axı dövlətimiz hər il milyonlarala pul ayırır ki, şəhərin abadlıq, təmir-tikinti işləri qaydasında olsun. Vacibdirmi ki, o boyda təsərrüfata ziyan vurmaqla belə işlər görülsün? Polis R.Uğurluyev əvvəlcə izh etdi ki, bu İcra Hakimiyyətinin tapşırığıdır və məni Polis İdarəsinə gətirib hadisə ilə bağlı izahat yazdırmaq istədi. O öz bildiyi kimi diqtə etməyə başladı. Mən etiraz etdim, bildirdim ki, hadisənin necə baş verməsi barədə necə var elə də izahat yazacağam, ancaq polis qoymadı. Mən də Şəki Rayon Polis İdarəsini tərk etdim. Mənim Polis İdarəsinə aparıldığımı eşidən yaşadığım ərazinin bütün sakinləri etiraz olaraq Şəkiyə yürüş təşkil etmək istəyiblər. Mən dərhal zəng edib camaatın narahat olmamasını, yola çıxmamalarını xahiş etdim və kəndimə qayıtdım. İnsanlar planlaşdırılan oğurluq hadisəsindən bərk qəzəblənmişdilər. Sabahısı mənə bildirdilər ki, səni Şəki rayon İcara Hakimiyyətinə dəvət edirlər, mən də getdim. Lakin İcra Hakimiyyətində bütün qapıları gəzdim. Heç kim məni qəbul etmək istəmədi.
Biz 90 ailə dövlət mülkü hesab edilən beton boruların ərazimizdən sökülüb aparılmasına qəti etirazımızı bildirirk. Çünki bu oğurluq baş tutacağı halda bizim susuz təsəsrrüfatla məşğul olmağımızın heç bir faydası qalmayacaqdır.
Cənab Prezident, Siz həmişə yerli məmurlara göstəriş verirsiniz ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə yerli hakimiyyət orqanları köməklik göstərsinlər. Biz isə əksini görürük. Gözümüzün qabağında külli-miqdarda dövlət əmlakı gizli qüvvələrin əlilə tar-mar edilir, oğurlanır və satılır. Sonda əziyyət çəkən yerli təsərrüfat sahibləri kimi biz oluruq. Odur ki, Sizdən Meliorasiya və Su Təsərrüfatı ASC-yə məxsus müxtəlif boruların talan edilməsinə göstəriş vermiş quldur dəstəsinin və onların icraçılarının tezliklə tapılaraq qanun qarşısında cavab vermələri üçün aidiyyatı üzrə təşkilatlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən hamılıqla minnətdarlığımızı bildiririk.
İmza: Əsgərov Əsgər Mustafa oğlu və qeyriləri
06 dekabr 2016-cı il”