Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş nazir cənab Əli Əsədova, Fövqəladə Hllar naziri cənab Kəmaləddin Heydərova, Ombudsman Aparatının sədri xanım Səbinə əliyevaya, Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab əli Nağıyevə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikaylova, Maliyyə naziri cənab Samir Şərifova, digər hökümət orqanlarına və bir nüsxəsi də İFADETV.COM İnformasiya Agentliyi redaksiyasına Şəki rayonun Baş Göynük kənd sakinlərindən Əmirov Rizvan Mehrəli oğlu ( mob. 055 405 79 69), Həşimov Şahid Zahid oğlu və digər 76 nəfər şəxslər tərəfindən
“Yaşadığımız kəndin Şin çay tərəfindən insan tələfatıilə nəticələnəcək sel və daşqın fəlakətinə qarşı təcili təxirəsalınmaz işlərin görülməsi” barədə kollektiv müraciətləri daxil olmuşdur. Müraciətdə qeyd edilən problemlər dövlət və ictimai əhəmiyyətli olduğuna görə geniş oxucu kütləsinə çatdırmağı özümüzə borc bilirik:
Quliyev Zakir və Zaur Mikaylov
" Cənab Prezident, məlum edirik ki, yaşadığımız Baş Göynük kəndi MDB məkanında ən dağıdıcı dağ çayı hesab olunan Şin çayın yanında yerləşir. Qazaxıstandakı çaydan sonra bizim çay 2-ci dağıdıcı çay hesab olunur. 2023-cü ilin sentyabrın 20-də gələn sel suları kəndimiz istiqamətində yarğan açmışvə 12 nəfərin bağ sahəsini məhv etmişdir. Çayda tikilən bəndlər yarımçıq və çox keyfiyyətsiz olmuşdur.Ona görə də bu ilin may ayında gözlənilən növbəti dağıdıcı selin 10000 nəfər sakini olan kəndimizin 3/1 hissəsini sel altında qalacaqçoxsaylı insan tələfatıilə nəticələnəcəyi gözlənilir. Biz, hələ 2023-cü ilin noyabrında Şəki Suvarma Sistemləri İdarəsi müdirinə təcili tədbirin görülməyi xahiş etdik. Amma müdir traktorun işləməsi ( çayda təmizləmə işləri) üçün1000 manat lazım olduğuna görə bu məsələ baş tutmadı. Selin gəlməsinə isə 2 ay qalıb. Amma heç bir iş görülməyir. Zaur müəllimin müavini Zakir Quliyev də hələ 2021-də rəsmi təsdiq edib ki, “Çin çayına” 4000 p/ m bənd vurulmasına ehtiyac var. Əgər dövlət vəsait ayırsa iş görüləcək.”
Nəticəyə gəlirik ki, dövlət məmurları gözləyirlər ki, təbii fəlakət baş versin, insanlarımız faciəli həlak olsun, evlər dağılsın ondan sonra hərəkətə keçsinlər. Cənab Prezident yalnız Sizin göstərişinizlə gözlənilən təbii fəlakətin qarşısı alına bilər. Ona görə xahiş edirik ki, dağıdıcı sel gələnə qədər bənd tikintisinə göstəriş verəsiniz.
Əlavə: fotolar. Video.
İmzalar: R.Əmirov, Ş.Həşimov, K.Mustafayev, M. Həmidov, P.Mustafayev və digər 76 kənd sakini.
5 aprel 2024-cü il .
P.S. Sakinlərin müraciəti çapa getdikdən sonra Rizvan Əmirov redaksiya ilə telefon əlaqəsi saxlayaraq bildirdi ki, çay yatağının təmizlənməsi üçün noyabr ayında Şəki Suvarma sistemləri İdarəsində qəbuluna düşdüyümüz şəxs müdir yox, baş mühəndis Allahverdi Həmidov adlı şəxs olubmuş. Biz sakinlərin bu adamla söhbətimiz oldu və təmizləmə işlərinin görülməsi üçün lazım olan təxminən 1000 manat vəsait bizdə olmadığına görə kor-peşiman kəndimizə qayıtdıq. Bəli, cənab idarə müdirinin kənd camaatının gəlişindən xəbəri olmaya bilər. Bəs hər il üçün Meliorasiya və Su Təsəsrrüfatı ASC tərəfindən təhlükəli dağ çaylarında təxirəsalınmaz təmizləmə işlərinin görülməsi üçün ayrılan milyonlarla manat dövlət vəsaitindən və onun təyinat üzrə xərclənib xərclənməməsindən görəsən kimin xəbəri vardır? Yəqin Sabir Əhmədov bilməmiş deyil. Hesab edirik ki, bu məsləni Hesablama Palatası və Dövlət Maliyyə Xidməti İdarəsi araşdırsa yaxşı olardı. Çünki sabah sel fəlakəti insan tələfatı ilə nəticələnərsə hüquq-mühafizə orqanları ilk növbədə hadisənin qarşısının vaxtında alınıb almamasını məsləsini araşdıracaqlar. Və bütün məsuliyyət də ilk növbədə kütləvi maliyyə maxenasiyaları törətmiş məmurların üzərinə düşəcəkdir.
Qaldı ki, Şəki Suvarma Sistemləri İdarəsinə rəhbərlik etmiş Fərahim Qarayev, Sadəddin Məcidov, Məmməd Əhmədov və Sabir Əhmədovdan ibarət qohum əqrəbaların fəaliyyətləri dövründə "Əriçay dəryaçası"ndan 1987-ci ildə çəkilmiş və Şəkinin İnçə kəndindən Qaxın Kötüklü kəndinə qədər olan 28 km, eni 6 km sahə üzrə suvarma üçün nəzərdə tutulmuş, diametri 300 mm, uzunluğu isə 5 m olan sink əlvan metaldan hazırlanmış cəmi uzunluğu 800 km olan boruların 2006-2019-cu ilə qədər olan dövrdə gecələr Şəki SSİ-nin ağır texnikalarının köməyilə çıxarılaraq Şəkinin Salman Mümtaz küçəsində yerləşən satış bazasında qanunsuz satılmasını, çıxarılan boruların Siyəzənə broyler fermalarının tikintisi üçün daşınması, Şəki şəhərində B.Vahabzadə küçəsinin sağ və sol çiyinlərində istifadə edilməsi və s. barədə gələn yazımızda ətraflı məlumatlar veriləcəkdir.
İfadetv.com-un araşdırma qrupu
Bizi izləyin.