Hurriyyet.az xəbər verir ki, "Financial Times" nəşrinin yazdığına görə, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəni Rusiya hökumətinin idarə elədiyini bəyan edib. O, hakim "Gürcüstan arzusu" partiyasını oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini saxtalaşdırmaq istəməkdə ittiham edib.
Zurabişvili seçkilər barəsində belə deyib: "Bu, adi seçkilər deyil, Avropa gələcəyi ilə Rusiya keçmişi arasında seçimdir".