Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Türkiyənin Suriyanın şimal-şərqindəki terrorçulara qarşı Barış bulağı əməliyyatını dayandırmaq qərarını əngəlləyib.
ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Türkiyənin Suriyada hərbi əməliyyatını “dayandırması” və təhlükəsizlik məsələlərini “diplomatik kanallarla” həll eləməsi çağırışı edən bir açıqlama təklif edib.
Rusiya Türkiyənin Suriyanın şimal-şərqində terrorçulara qarşı Barış bulağı əməliyyatını dayandırması çağırışı edən ortaq açıqlamanın verilməsinə icazə verməyib.
BMT Təhlükəsizlik Şurasının ortaq açıqlama verə bilməsi üçün 15 üzv ölkənin yekdilliklə qərar verməsi lazımdır.