Əvvəlki gün Türkiyə və YPG/PKK terror təşkilatı arasında vasitəçilik təklif edən ABŞ prezidenti Donald Tramp bu dəfə terrorçulara bölgədən çəkilmə çağırışı edib.
Prezident çağırışı Vaşinqtonda seçicilərlə görüşündə səsləndirib.
“Öz sərhədlərimizə nəzarət edə bilmirik, Türkiyə-Suriya sərhədinə nəzarət etməyimiz mümkün deyil. Əsgərlərimiz daha 50 il Suriyada qala bilməzdilər. Ümid edirəm ki, YPG-lilər bölgədən çəkiləcəklər, Türkiyənin hava gücünə qarşı şansları yoxdur”, - Tramp bildirib.
O, YPG/PKK-nın Türkiyə sərhədindən 30 kilometr çəkilmə niyyətində olduğunu və bunun yaxşı bir şey olacağını söyləyib.
Tramp həmçinin, Türkiyəyə yönəlik təhdidlərini təkrarlayıb. Dini azlıqların qorunmayacağı halda, sanksiyaların tətbiq ediləcəyini bildirib.