Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Cənab Prezdent! Bir daha xatırlatmaq istəyirəm ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşadığım evin gecə evdə olmamağımdan istifadə edən «Atabank» ASC-nin qoçu dəstələri tərəfindən heç bir məhkəmə qərarı olmadan 6 dekabr tarixində ağır texnikanın köməyilə dağıdıb viran qoymuşlar. Baş vermiş cinayət barəsində Binəqədi RPİ-nin 40-cı PB-si məşğul olmasına baxmayaraq, yenə də 22 dekabr 2019-cu ildə həmin banka aid quldur dəstəsi dağıdılmış evimin bütün söküntü materiallarını, içində olan sənədlərimi, əşyalarımı yağmalayaraq naməlum istiqamətə daşıyırlar. Yerli hüquq mühafizə orqanları isə baş verməkdə davam edn cinayətə passiv tamaşaçı kimi seyr edirlər. Yəni, Binəqədi hüquq-mühafizə orqanları sözün əsil mənasında aşınmanın son həddini yaşayırlar. Mən bir YAP üzvü, Ağdam rayonundan olan məcburi köçkün, İfadətv.com xəbərlər saytının baş redaktoru, bir tənha ana, bir vətəndaş olmağıma baxmayaraq «Atabank» ASC-nin mənə qarşı olan əsassız aqressiyası davam edir. Hesa b edirəm ki, öz vətəndaşına qarşı belə bir vəhşilik heç 1937-ci ilin Stalin repressiyasında da olmamışdır.
Cənab Prezident Sizdən son dəfə xahiş edirəm «Atabank» ASC tərəfindən yaşadığım 6 otaqlı evimin heç bir xəbərdarlıqsız, məhkəmə qətnaməsi olmadan içindəki ev və şəxsi əşyalarımla birlikdə məhv edilməsi cinayəti barədə aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına şəxsi nəzarətiniz altında araşdırma aparılmasına göstəriş verəsiniz. Baş vermiş cinayət işinin gedişindən asılı olaraq bir neçə gündən sonra aclıq aksiyasına başlayacam.
Dərin hörmətlə,
İfadetv.com saytının baş redaktoru İfadə Cəfərzadə.