Mən, Ağdam rayonundan olan məcburi kökçün, hazırda Bakı şəhəri, Binəqədi rayonu,Sulutəpə qəsəbəsi, 1-ci küçə, ev 8-də yaşayan zərərçəkmiş, İfadetv.com xəbərlər saytının baş redaktoru Cəfərzadə İfadə İsgəndər qızı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Türkiyə Cumhuriyyətinin cumhurbaşkanı sayın R.T.Ərdaoğana müraciət edirəm:
Çoxhörmətli cənab Prezident! və Çoxhörmətli cumhurbaşqanı!
Mən, Ağdam rayonundan olan məcburi kökçün omaqla yanaşı, ali təhsil almış Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hazırdan İfadetv.com xəbərlər saytına rəhbərlik edirəm. Və xüsusilə qeyd etmək istəyirəm ki, ölkə rəhbərliyinin siyasi-iqtisadi kursunu fəaliyyətimiz dövründə həmişə dəstəkləmişik. Lakin çox təəssüflə bildirmək istəyirəm ki, Binəqədi rayonu,Sulutəpə qəsəbəsi, 1-ci küçə, ev 8 ünvanda
mənə məxsus ikimərtəbəli ev əmlakımı mənim icazəm olmadan “Ata bank” ASC rəhbərliyilə gizli sövdələşərək girov müqabilində 95000 manat kredit götürüb mənimsəmiş dələduz dəstənin rəhbəri Nazim Əsgərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.4 maddəsi üzrə cinayət işi başlanmış və hazırda Nərimanov Rayon Polis İdarəsində davam edən istintaq işləri davam etməsinə baxmayaraq, əldə etdiyimiz məlumata görə Nazim Əskərovun qohumu Kamran arvadı Nərminənin qohumu olan MSK-nın üzvü, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müdiri Fuad Cavadovla birlikdə , 03 dekabr 2019-cu il, gecə saat 12-də Sulutəpə ərazisində yerləşən mübahisəli evimə gələrək baxış keçirmiş və getmişlər.
Fuad Cavadov və arvad qohumu Nazim Əsgərov
Bundan sonra 04 dekabr 2019-cu ildə
“ATA bank”ın vəzifəli işçiləri, problemli kreditlər şöbəsinin müdiri Toğrul Fərzullayev və bankın idarə heyətinin sədri Dəyanət Quliyev mənim yaşadığım evə birlikdə gələrək dəmir darvazanışəxsi iştirakım və xəbərim olmadan qaynaq etdirib bağlamışlar. Bu özbaşnalıqdan sonra mən özümə aid olan hissədə 04 dekabrdan evimə daxil ola bilməmişəm. Məsələ barəsində Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə gələrək məlumat vermişdim. Lakin çox təəssüflər olsun ki, bu insidentdən sonra polis nəzarətində olan evimin mənə məxsus olan ayrıca inşa edilmiş 6 otaqlı hissəsini 06 dekabr 2019-cu il, gecə saat 2-00 radələrində müəmmalı vəziyyətdə yaşadığım ev əşyalarla birlikdə ağır texnikanın köməyilə yerlə yeksan edilmişdir.
Baş vermiş cinayətlə bağlı əvvəlcə DİN-nin 102 xidmətinə məlumat vermiş və dərahal binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları hadisə yerinə getmiş və tamamilə dağdılımış yaşayış evinin vəziyyətilə yerində tanış olmuşlar. Baş vermiş cinayət hadisəsilə bağlı 40-cı Polis Bölməsində təhqiatçıya izahat vermişəm. Lakin baş vermiş cinayət hadisəsindən 2 həftə keçməsinə baxmayaraq evimi tamailə əşyalarla birlikdə dağıdan şəxslərin və sifarişçilərin kimlikləri nədənsə müəyyən edilməmişdir. Lakin bizə sifarişçinin də icraçının da kimliyi bəlli olsa da, polisə edilən təzyiqlərdən sonra sanki törədilmiş genişmiqyaslı cinayət işi ümumiyyətlə baş verməmişdir. Digər aldığım məlumata əsasən müəyyən olunmuşdur ki, 4 ildir ki, CM-nin 178.3.4-cü maddəsi üzrə təqsirləndirilmikdə davam edən, lakin qohumu olan dövlət məmuru Fuad Cavadovun sayəsində azadlıqda gəzən Nazim Əsgərov dekabrın 3-də məhz F.Cavadovla gəlib bank girovluğunda olan evimin əsas hissəsinə əvvəlcə baxış keçirmiş və 300000 manata “Atabank” ASC –ilə alqı-atqı edəcəyinə razılaşmılar. Digər tərəfdən sabiq Vergilər naziri Fazil Məmmədova məxsus olan “Atabank” ASC-nin 1 il əvvəl qovulmuş işçiləri olan bankın problemli kredit şöbəsinin müdiri Toğrul Fərzullayev və idarə heyəttinə yenidən sədr gətirilən Dəyanət Quliyevlə yenidən bu vəzifələr həvalə olunarkən vaxtilə bankı milyonlarla manat borca saldıqları üçün qısa müddət ərzində borcun bağlanması tələb olunmuşdur.
"Atabank" idərə Heyətinin sabiq və hazırkı sədri Dəyanət Quliyev
Toğrul Fərzullayev
Ona görə də Toğrul və Dəyanət bankdan götürülmüş pulların əvəzinə girov qoyulmuş bütün əmlakların təcili olaraq satılmasına çalışırlar. Və ən maraqlısı budur ki, onlara belə səlahiyyət verilərkən ölkədaxilində heç bir hüquq mühafizə orqanlarından ehtiyat etmələrinə gərək olmadığı xatırladılmışdır. Qəribədir, elə deyilmi? Bunların prizmasından yanaşdıqda, sanki biz sadə vətəndaşlar heç bir hüquqa sahib deyilik. Özlərini cəzasızlıq atmosferində hiss edən, əsassız varlanmış “Atabank” ASC işçiləri paytaxt Bakının əsas yolunun üstündə yerləşən evimi heç bir məhkəmə qərarı olmadan ağır texnikanının köməkliyilə məhv edirlər. İnsanlığa yaraşmayan bu vəhşiliyi hətta erməni faşistləri Xocalıda soyqrım törətdikdə belə günahsız insanların evlərini belə qəddarlıqla dağıtmamışlar. Hesablamalarıma görə qəti qərara gəlmişəm ki, Azərbaycan hüquq-mühafizə orqanlarından zərrə qədər narahat olmayan “Atabank” ASC rəhbərliyi şikayətlərimi davam etdirəcəyim halda mənim qətlimə də sifariş verə bilərlər. Bütün qeyd etdiklərimi nəzərə alaraq mən bir mətbuat işçisi, bir vətəndaş olaraq konstitusion hüquqlarımın qorunması üçün dövlətimin başçısı çoxhörmətli İlham Əliyevə müraciət edərək xahiş edirəm ki, indiki düşdüyüm ağır iqtisadi vəziyyətimi nəzərə alaraq evimin dağıdılmasıilə bağlı verdiyimşikayətin ədalətli araşdırılması və cinayətkarların tez bir zamanda tapılaraq hakim qarşısına çıxarılması üçün lazımi göstəriş verəsiniz.
Sayın Cumhurbaşkanı Tayyub Erdoğandan da ricam budur ki, bene ve bir çocuğuma bir qaçqın ailesi olaraq mənəvi köməklik göstərsin.
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, yaşadığım evi “Atabank” ASC-nin rəsmiləri tərəfindən sifariş verilərək darmadağın edilməsindən sonra cinayətkarlar tapılanadək mənim həyatımın təhlükəsizliyini təmin etsin.
Dərin hörmətlə, İfadə İsgəndərqızı