Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu, Həmidzadə Təhmasib Məmməd oğlu, Abdurahmanov Anar Altay oğlu tərəfindən Ədliyyə naziri cənab Fikrət Məmmədova və digər aidiyyatı qururmlara və bir nüsxəsi də redaksiyamıza göndərilən müraciətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə 3 il şərti məhkum edilmiş Əliyev Elvin Gündüz oğlu barəsində Yasamal Rayon Polis İdarəsində CM-nin 178.2.4 maddəsi üzrə 30 dekbar 2019-cu il tarixində yenidən başlanmış cinayət işinə əsasən islaholunmaz məhkum dələduzun tapılaraq yenidən istintaqa cəlb edilməsi və şərti cəzasının həbslə əvəzlənməsi xahiş edilir. Müraciətin cəmiyyətimiz üçün aktuallığını nəzərər alaraq onu olduğu kimi oxuculara təqdim edirik:
Biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ilin dekabrın 5-də CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il şərti cəza almış, “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlu bizə vədlər verməklə 32000 manat pulumuzu ələ keçirmişdir. Məsələ barəsində verdiyimiz şikayət ərizəsi əsasında Yasamal Rpi-nin 27-ci PB-də aparılan təhqiqat materialları İstintaq Şöbəsinə verilmişdir.
3 aylıq İstintaq araşdırması zamanı təqdim etdiyimiz çoxsaylı sübutedici sənədlər araşdırldıqdan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Firdövsi Nəsirov 27 dekabr 2019- cu il tarixində bizim göstərdiyimiz xüsusatlar təsdiqini tapdığına görə Elvin Əliyev barəsində AR CM-nin 178.2.4 maddəsi üzrə yenidən başlanmış cinayət işi icraata götürülmüşdür.
Məhkum dələduz Elvin Əliyev
Lakin, dələduz E.Əliyevin atası Gündüz Əliyevin 07 dekabr 2019-cu ildə bizə etdiyi etirafdan da aydın olur ki, o oğlunun dəlduzluq əməllərinin qarşısını almaqda acızdir və o bizi aldatdıqdan sonra son üç ay ərzində daha 12 nəfər şəxsə külli-miqdarda ziyan vurmuşdur.( səs yazısı istintaqa təqdim edilmişdir) Nəticəyə gəlirik ki, məhkum dələduz cəmiyyətimiz və dövlətimiz üçün cinayət əməllərini davam etdirməklə real təhlükə yardır. Məhkum olunmasına baxmayaraq o eyni əməlləri bizə və bizdən sonrakı şəxslərə qarşı törətməklə islaholunmaz olduğunu bir daha sübut etmişdir. Məlumdur ki, 8 nəfərin şikayəti əsasında vurulmuş 300000 dollar ziyanla bağlı törətdiyi dələduzluğa görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il müddətinə məhkum edilsə də, o bundan nəticə çıxarmamış və bizə məxsus olan 32000 manat pulumuzu aldadaraq mənimsəmişdir. Hazırda Bakı şəhər Prokurorluğunun nəzarəti altında Yasamal RPİ-nin İstintaq Şöbəsində istintaq yekunlaşmaq üzrədir. Lakin dələduz E.G.Əliyev hazırda bir məhkum kimi ƏN-nin Nəsimi rayon İcra və Probasiya şöbəsində nəzarətində olsa da, onun tapılaraq istintaqa cəlb edilməsi nədənsə mümkün olmamışdır. Və peşəkar dələduz bu fürsətdən istifadə edərək cəmiyyətdə bizi kimi çoxsaylı insanara qarşı dələduzluq əməllərini ardıcıl törətməklə öz çirkin niyyətini davam etdirməkdədir. Bu cinayət əməllərinin dərhal və vaxtında qarşısının alınması üçün ƏN-nin Nəsimi rayon İcra Şöbəsi müvafiq tədbirlər görmür və ya görmək istəmir.
Dələduz E.Əliyev votsap yazışmasında 4 nəfərdən aldadıb aldığı pulları etiraf edir.
Çoxhörmətli Ədliyyə naziri cənab Fikrət Məmmədov, sizdən çox xahiş edirk ki, bizim iqtisadi vəziyyətimizi və günahsız insanlara qarşı dələduzluq əməllərini davam etdirən məhkum Elvin Əliyevin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılması və istintaqa cəlb edilməsi üçün ƏN-nin İcra Baş İdarəsinə və Nəsimi rayon İcra Şöbəsinə göstəriş verəsiniz. Sağ olun.
P.S. Ümid edirk ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi üzrə saxtakarlıqla 3 il müddətinə məhkum edilərək azadlığa buraxılmış təhlükəli və islaholunmaz dələduz Elvin Əliyevin Nəsimi rayon İcra Şöbəsi tərəfindən nəzarətsiz qalması nəticəsində oun cəmiyyətə vurduğu ardıcıl zərələrin dərhal qarşısının alınması üçün hörmətli Ədliyyə naziri cənab Fikrət Məmmədov təxirəsalınmaz qanunamüvafiq tədbirlərin görülməsi barəsində göstəriş verəcəkdir.