31 yanvar tarixində İstanbulda 17 nəfər - Biri rus, 2-si Ukrayna, 5-i Gürcüstan və 9-u isə Azərbaycan vətəndaşlarından ibarət dəstə kriminal avtoritet "Lotu Quli"yə silahlı hücum etmək istəsələrdə, polis tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində saxlanılmışıdılar. 24News.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan şübhəlilərin "Andrey Malyi" ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıxladzenin rəhbərliyi altında olduğu söylənilir.
"Detallar ortaya çıxdı"
Türk polisinin apardığı araşdırmaya görə, tutulan dəstəsinin hədəfi, "Lotu Quli" ləqəbli Gürcüstandan olan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun olduğu bilinib.
Keçirilən xüsusi əməliyyatda tutulan şübhəlilərin Nadir Səlifov və adamlarına qarşı hərəkətə hazırlaşdığı iddia edilsə də, onların İstanbulda müxtəlif cinayətlərdə iştirak etdikləri də müəyyən olunub. 17 nəfərlik dəstəsinin lideri və əsl adı Quram Çikladze olan "Andrey Malyi" ləqəbindən isə istifadə edən şəxs Sariyerdəki lüks bir iqamətgahda tutulub.
İfadetv.com