Ölkədə skuterdən istifadə artdıqca, qayda pozuntuları da artır.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.
Qeyd olunub ki, skuter istifadəçiləri tez-tez aşağıdakı qaydaları pozurlar:
- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.
Yol polisi bildirir ki, bu cür məsuliyyətsizliklər ağır qəzalarla nəticələnə bilər:
“Bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığa səbəb ola bilər”.
