Türkiyənin Rusiyadan “S-400” sistemlərinin ilk partiyasını təslim almasından sonra bu gün üçün ABŞ Müdafiə Nazirliyinin elan etdiyi mətbuat konfransı təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, Pentaqon bu qərarı ABŞ Müdafiə naziri Mark Esperin türk həmkarı Hulusi Akarla telefon danışığından sonra verib.
Açıqlamada konfransın qeyri-müəyyən tarixədək təxirə salındığı bildirilib.
Gələn həftə ABŞ-dan bir nümayəndə heyətinin Ankaraya gələcəyi bildirilib.
“S-400”-lərin təslim ediməsindən xəbərdarıq, lakin ABŞ-ın “F-35”-lərlə bağlı mövqeyi dəyişməyib”, - Mark Esper məsələ ilə əlaqədar açıqlamasında deyib.
Dünən axşam saatlarında Esper və Akar arasında telefon görüşü baş tutub. Bundan sonra Pentaqon mətbuat konfransının təxirə salındığını açıqlasa da, 30 dəqiqə davam edən telefon görüşünün detalları barədə məlumat verilməyib.