Qobustan rayonu, Cəm Cəmli kənd sakini Əsədov Rza Gülkişi oğlu tərəfindən dövlət başçısına və digər aidiyyatı qurumlara və bir nüsxəsi də ifadetv.com saytına ünvanlanan şikayət məktubunda “ Qobustan rayon Cəm-Cəmli kəndin sabiq Bələdiyyə sədrinin qardaşı Əhmədov Ruslan və Mehman Əlişah oğllarının qanunazidd əməllərinin dərhal qarşısının alınması” barədə məlumat yer almışdır. Şikayətin ictimai əhəmiyyət kəsb etməsini və sadə vətəndaşlara qarşı yerli bələdiyyə sədrləri tərəfindən törədilmiş qanunsuz hərəkətlərin miqyası artdığına görə yerlərdə sosial vəziyyət get gedə ağırlaşmağa doğru gedir. Müraciətdən də görünür ki, rayonlarda məmur özbaşnalığına son qoymağın vaxtıdır. Vətəndaş müraciətini olduğu kimi oxucularımıza təqdim edirik:
Hörmətli cənab Prezident, bildirmək istəyirəm ki, mən 7 nəfərdən ibarət ailəmlə Qobustan rayonun Cəm Cəmli kəndində yaşayıram. Ailəmizə 1996-cı ildə aprılan islahat vaxtı verilmiş 10,55 ha pay torpağı verilmişdir. Elə 1997-ci ildən sonra imkanlı kənd sakini olan Əhmədov Ruslan Əlişah oğlu məndən mənə məxsus 10.55 ha pay torpağının onun istifadəsinə verməsini xahiş etdi. Biz əvvəlccə şifahi razılaşdıq ki, hər ilinə 3 ton arpa məhsulu yerin istifadəsi haqqı olaraq mənə veriləcəkdir. Bu razılaşmanı adi kağızda yazıb təsdiq etdik. Lakin 1999-cu ildə əvvəlki ildə olduğu kimi 3 ton arpanı bizə vermədi. Mən Ruslana hər il xatırlatsam da o sonda bildirmişdir ki, yer mənimdir Vəssəlam. Məslə ilə bağlı Qobustan rayon prokurorluğuna və İcra Hakimiyyətinin başçısına ( məşhur rüşvətxor İsmayıl Vəliyevə) dəfələrlə bildirdim. Bu orqanlar hər dəfə məni bir bəhanəilə başdan edirdilər. Nəhayət gedib bir vəkillə danışdım. O da məni başdan edib işi məhkəmə səviyyəsinə qaldırmadı. Görünür onlar əvvəlcədən sövdələşmişlər. Onu da qeyd etmək yerinə düşərdi ki, O vaxtlar Qobustan rayon Dövlət Notarius sədri işləmiş Tofiq Seyidov adlı birisi rayonun digər kəndlərindən olan pay sahiblərinin, və hətta vəfat etmiş şəxslərinin adından ( Məsələn Qaracüzlü kənd sakinlərindən Mirzəməmmədov Mehdibala Heybət oğlunun hər iki valideyni 2003 və 2004-cü illərdə vəfat etməsinə baxmayaraq) 2006-cı ilin aprelin 2-də İcra başçısı olmuş İsmayıl Vəliyevin göstərişilə “Gilan” firmasının təmsilçisi Məmmədov Malik Xeyrulla oğlu ilə saxta alqı-satqı müqavilələri bağlayıb müqabilində rüşvətini almışdır.
Düşünürəm ki, belə bir saxta alqı-satqı müqaviləsi ailənin rəhbəri kimi mənim adımdan da tərtib olunubmuş. Yoxsa ki, Ruslanın qardaşı Cəm-Cəmli kənd Bələdiyyəsinin 1 il əvvələ qədər sədri olmuş Əhmədov Mehman Əlişah oğlu çox arxayınlıqla bizə hər dəfə cavab verirdi ki, “Get hara istəyirsən şikayət et, xeyri yoxdur. Torpaq bizimdir.” Axı necə ola bilər ki, ailədə 7 nəfərin pay torpağı olan mülkiyyətlə bağlı övladlarım və həyat yoldaşım razılıq ərizələri nə imzalayıblar, nə də notariat kontoruna gediblər. Bələdiyyə sədri Mehman qardaşı Ruslanla birlikdə çoxsaylı kənd təsərrüfatı texnikalarına, min hektarlarla qış otlaq sahələrinə , mal-qaraya, çoxlu fermalara, yataqlara və obyektlərə sahibdirlər. (qanunsuz əldə ediblər)Bu gün övladlarım da məndən tələb edirlər ki, bizim şəxsi razılığımız olmadan onlara məxsus pay torpaqları niyə qanunsuz olaraq Ruslan və bələdiyyə sədri olan qardaşı tərəfindən istifadə olunur? Şamaxı Ərazi Reyestr Xidmətindən də bildirilər ki, Sizin torpaq əmlakınızın üzərində başqa şəxsin əmmlakı kimi qeyd edilib. Lakin JN-129 saylı KOD 30700018 Dövlət Aktı bizə məxsusdur və sənəd bizdədir. Lakin Əhmədov Ruslanın adına yenidən saxta sənəd olaraq JN-286, KOD 30700018 sənədi ndə ( Dövlət Aktı) 41.25 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi qeyd edilməklə 09 mart 2004-cü il tarixə sənədləşmişdir. Bu sənəd barəsində 2 ay əvvəl mənə məlumat verilmişdir. Ona görə də Əhmədov Ruslanın və Bələdiyyə sədri olmuş Mehman Əhmədovun bizim ailəyə məxsus 10.55 ha torpaq sahəsini qanunsuz olaraq, saxta sənədlər əsasında zəbt etmiş və mənimsəmiş dəstə üzvlərinin qanunsuz hərəkətlərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq hüquqi qiymətin verilməsi zəruriyyəti yaranmışdır. Qanunsuz zəbt edilmiş və saxta sənədlər əsasında mülkiyyətimizdən çıxarılmış dələduzluq hərəkətləri barəsində indiyədək dəflərlə yerli hüquq mühafizə orqanlarına və İcra Hakimiyyəti başçısına şikayətlər etsək də nəzərə alınmamışdır. Və heç bir tədbir görmürlər. Cənab Prezident sizdən xahiş edirəm ki, bələdiyyə sədri olduqdan sonra bizim kimi sadə insanların torpaqlarını icarə adı altında mənimsəmiş Əhmədovlar qardaşlarının qanunazidd hərəkətlərinin arşısının tezliklə alınmasına və dələduzluq yoluilə əlimizdən aldıqları 10.55 ha pay torpağımızın geri qaytarılması üçün aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən sağ olun deyirik.