Qobustan rayonu, Xilmilli kəndində yaşayan Osmanova Xatın İsmayıl qızı
tərəfindən prezident cənab Ilham Əliyevə, aidiyyatı orqanlar və bir nüsxəsi də İfadetv.com saytına daxil olan şikayətdə Şamaxı ryon Çuxuryurd Bələdiyyəsi sədrinin qanunzidd əməllərin qarşısının alınmasından bəhs edilir. Vətəndaş hətta onun kimi sadə insanların əllərindəki torpaq mülkiyyətinin əllərindən alınaraq uzun müddət qanunsuz istifadə edən Şamaxı rayonun Çuxuryurd Bələdiyyəsinin sədri Hacı- Soltanpaşa Məlikovun hökmranlığına yerli hakimiyyət nümayəndələrinin passiv mövqedə dayanmasına görə məcbur olub dövlət başçısına müraciət etmək zorunda qaldığını bildirir. Müraciətin indiki vaxtda məmurla cəmiyyətin sadə insanları arasında davam edən indiki ab-havadan bəhs etdiyini nəzərə alaraq oxucuların diqqətinə çatdırırıq:
Hörmətli cənab Prezident, bildirmək istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Xilmilli kəndində yaşayıram. Ailəmizə islahat vaxtı verilmiş 12.38 ha pay torpağında qanunsuz olaraq maşın yolu salınmışdır. Bu yolu Soltanpaşa Məlikov Əziz oğlu tərəfindən özbaşna olaraq özünə məxsus 500 ha taxıl sahəsinə gediş-gəliş üçün salmışdır.
Məlikov S.Ə. əslən Şamaxının Peyvənd Təklə kəndindəndir. Deyilənə görə Şamaxının çuxuryurd kəndində Bələdiyyə sədri, qardaşı Məlikov isə Şamaxı RPŞ-də baş müstəntiq işləyir. Soltanpaşa hətta bizim bizim torpağın yanında özünə yaratdığı bu 500 ha sahəni də məsələn, mənim kimilərdən hərəsindən 2-3 ha zorla zəbt etməklə, bəzi sahələri isə su qiymətinə almaqla özünə fermer təsərrüfatı yaratmışdır. 20 ildir ki, mənim zəbt etdiyi 2 ha torpağı geri qaytarmır, qanunsuz istifadə edir. Və üstəlik taxıl əkdiyim sahənin düz ortasından fermer təsrrüfatına yol salmış və 0.25 ha taxıl ərazimi məhv etmişdir. Bu adam özünü Hacı adlandırır.Bu adam Bələdiyyə sədri işlədikdən sonra Çuxuryurdda bayük dərimanı, yanacaqdoldurma məntəqəsi və çoxsaylı obyektləri vardır. S.Məlikov bizimlə danışıqda qeyd edir ki, mənim pulum və imkanlarım genişdir, heç kəsdən də qorxmuram, yaxşı edib yol açmışam. Yerli rəsmi nümayəndələr də , polis də şikayətimiz üzrə faktı təsdiq edirlər. lakin heç bir tədbir görmürlər. Cənab Prezident sizdən xahiş edirəm ki, bələdiyyə sədri olduqdan sonra pullarının sayını bilməyən və bizi kimi kasıb insanların əlindən torpaqlarımızı qanunsuz alıb istifadə edən və hələ bu azmış kimi dolanacaq üçün ümid etdiyimiz taxıl sahəsinin də bir hissəsini məhv edərək özünə qanunsuz yol salmış özünü Hacı elan edən Məlikov Soltanpaşanın bizim rayonumuzda və kəndimizdə törətdiyi qanunpozuntularının qarşısının alınması üçün göstəriş verəsiniz.