Xatırladaq ki, 1 ay əvvəl "Cənab nazir, icazə verdiyinizi vandalizmə görə dərhal istehfa verin!" başlıqlı yazıda yerli sakin olan (Şəki rayonun Aşağı Göynük kənd sakini, Qarabağ Müharibəsi qazisi olan Əhmədov İlqar Rəsul oğlunun verdiyi məlumatlara və göndərdiyi videomateriala əsasən Şəki rayonun Baqqal kəndindən Baş layısqı və Cunud kəndləri arasında yerləşən meşə ərazisinin ağır texnikaların cəlb edilməsi ilə məhv edilməsi barədə verdiyi məlumat əsasında saytımızdakı material çoxsaylı oxucular tərəfindən maraqla qarşılanmışdır. Lakin bir müddət sonra məlumatı bizə verən şəxs, cənab İ.Əhmədov saytımızdan təkidlə tələb etmişdir ki, saytımızda gedən məlumat bazadan götürülsün. İlqar dostu vasitəsilə redaksiyamıza göndərdiyi videomaterialda əks olunan ərazinin meşə yox, onun özünün pay torpağı yaxınlığındakı əraziyə aid olduğunu bildirmişdir. Biz məlumatı verən şəxsin niyə belə çıxılmaz vəziyyətə düşməsini, sözügedən ərazinin meşə fondu olub-olmamasını dəqiqləşdirmək üçün digər mənbələrlə əlaqələr saxladıq. Bizə məlumat verildi ki, İ.Əhmədov Qarabağ Müharibəsi iştirakçısıdır və sağlamlığında ciddi problemlər yaşanır. Qonşularının verdiyi məlumata görə ailə daxilində ciddi münaqişə başlamış və böhran həddinə çatmışdır. İ.Əhmədov əsəb xəstəsi olan həyat yoldaşıilə məsələni yoluna qoymağa çalışsa da, ondan dərhal göndərdiyi videomaterialın silinməsi tələb olunmuşdur. Digər tərəfdən o da bildirilmişdir ki, bir neçə nəfər şəxs İ.Əhmədovun Qarabağ Müharibəsi əlili olması faktından istifadə edərək onu qabağa vermiş, ona qarşı hər hansı problemin olmayacağını da inandırıb İlqarı qabağa verməklə öz məqsədlərinə nail olmağa çalışmışlar. Biz İfadetv.com olaraq məlumatı verən şəxsin ailə daxili probleminin faciə ilə başa çatmaması üçün bizdən təkidlə tələb olunan videomaterialın bazadan silinməsinə razılıq vermişik. Yalnız bundan sonra 3 övlad atası olan İ.Əhmədovun ailəsində nisbətən əmin -amanlıq başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham əliyev də bu yaxınlarda ictimaiyyət qrşısında çıxışı zamanı qəti olaraq tapşırıq vermişdir ki, verilən məlumatlar dəqiqiliyilə yoxlanıldıqdan sonra yekun qərar verilə bilər. Odur ki, biz də sayt olaraq verilən məlumatların nə dərəcədə ciddi. etibarlı və dəqiq olmasını bir daha yoxladıqdan sonra ictimaiyyətə təqdim edir və edəcəyik.
İfadetv.com