SƏFİRİMİZ GENERAL AKOPYANDAN İBRƏT GÖTÜRSƏ YAXŞI OLAR
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ardından Ukraynadakı səfir Elmira Axundova da tutduğu posta uyğun olmayan mövqe sərgiləyib.
Musavat.com xəbər verir ki, Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb.
Aparıcının “Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına səfir “ola bilər” deyərək, çox qısa formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun “ola bilər” sözlərini bir neçə dəfə təkrar edib.
Bununla yanaşı, səfir Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan ordusuna deyil, Rusiyaya(?!) minnətdarlığını bildirib.
Səfir “bizə hansısa Türkiyə kömək etməyib” kimi fikir də işlədib. Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyi lüzum görməyib.
P.S. Ən böyük günah elə bizim özümümzdədir ki, 1 milyon pul verib səfir təyin edilən bu zatdan millətimiz üşün bundan artıq nəsə gözləmək yersizdir. Elə Şuşalı Polad Bülbüloğlu da bu tiplərdəndir. Hesab edirik ki, belələ səfirlər olan yerdə bizə erməni kimi alçaq düşmənə gərək yoxdur.