Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin DTX tərəfindən saxlanması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İfadetv.com xəbər verir ki, Sfera.az-ın əməkdaşı əlaqə saxlayaraq, mövzunu araşdırıb və yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirilib.
Qeyd edək ki, dünən bəzi xəbər saytlarında, o cümlədən ifadetv.com -da İcra başçısı Ziyəddin Əliyevin 200 nəfərin kartını mənimsəməsi barədə məlumat yayılmışdı.
Daha sonra isə onun Ukraynadakı biznesi barədə məlumatlar tirajlanmışdı.
Bu məlumatlardan sonra sosial şəbəkələrdə Ziyəddin Əliyevin həbsi xəbəri yayılmışdı.
