"Krıma qarşı terror hücumları təhlükəsi davam edir. Əsas səbəblər ABŞ, NATO, bir sıra Avropa ölkələri və Ukraynanın anti-Rusiya fəaliyyətidir. Rusiya və digər ölkələrdə terror hücumlarına hazırlaşa biləcək təxribat və kəşfiyyat bölmələri üçün təlim mərkəzləri Qərbin dəstəyi ilə Ukraynada yerləşdirilib".
İfadetv.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev yerli mətbuata açıqlamasında deyib.
Patruşev ötən il Krımda altı terror hücumunun qarşısının alındığını iddia edib: "Ukrayna əsgərləri ABŞ-ın köməyi ilə Krıma qarşı hərbi əməliyyatlara başlaya bilər. ABŞ Ukrayna ordusunu gücləndirməyə davam edir. Yalnız son günlər Amerikanın hava bazalarından Ukraynaya beşdən çox hərbi nəqliyyat təyyarəsi gəlib".
P.S. Deyəsən Rusiyanın öz çirkin əməllərindən xəbəri yoxdur. Əgər ABŞ bazalrından bu günə qədər 5-dən çox hərbi nəqliyyat vasitələri gəlibsə, Rusiyadan birbaşa Qəbələ üzərindən uçmaqla Ermənistana hər gün 5 ədəd İL 76 yük təyyarəsi hərbi yüklər daşımaqla məşğuldur. O zaman Patruşev bu qədər əndişələnirsə, görəsən biz niyə səsimizi çıxarmırıq?
İfadetv.com
