"Ermənistanın Baş naziri Nikol Paşinyan oğlunu Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişmək təklifini yüksək səviyyədə rəsmi Bakının diqqətinə çatdırıb. Bu, Ermənistan daxilində ciddi rezonans doğurub".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Azərbaycan Paşinyanın bu təklifinə cavab olaraq bildirsin ki, diversantları o şərtlə azad edərik ki, müharibə cinayətkarı Robert Koçaryan və Serj Sarkisyan qandallanıb bizə verilsin:
"Biz Paşinyanın oğlunu neynirik. Həbsdə saxlanılan diversantlar məhz R.Koçaryan və S. Sarkisyanın 30 il ərzində Azərbaycana qarşı yetişdirdiyi düşmən siyasətinin üzvülərdir. Koçaryan və Sarkisyan muharibə cinayətkarlarıdır. Onlar Xocalı soyqırımının təşkilatçılarıdır və sabiq prezidentlərin Ermənistanda həbsi qanuni ola bilər", - deyə politoloq bildirib.
