Ukrayna Türkiyəyə meşə yanğınları ilə mübarizə üçün təyyarə göndərəcək.
İfadetv xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, ukraynalıların belə çətin zamanlarda dost türk xalqının yanında olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə meşə yanğınları getdikcə daha da güclənir. Meşə yanğınları indiyə qədər 3 nəfərin ölümünə, 122 nəfərin yaralanmasına səbəb olub.
Hələlik isə Azərbaycan FHN-yi tərəfindən qardaş Türkiyəyə yanğınların lokallaşdırılması üçün nə qədər təyyarə və nə qədər helikopter göndərilməsi barədə məlumat yoxdur