Xəbər verdiyimiz kimi, Oğuz rayonundan İfadetv-yə verilən məlumata görə dünən, sentyabrın 7-də Oğuzun şəhidlər xiyabanında şəhid məzarları üstünə qoyulmuş gül və əklil dəstələri İcra Hakimiyyətinin müavini olan Etibar Yusifov adlı məmur tərəfindən yığışdırılaraq dağ dibində qazılmış zibil çalasına atılmışdır. Bunu görən yerli sakinlər və şəhid ailələri etiraz etdikdə isə “əcəb etmişəm, gedin hara istəyirsiniz şikayət edin.” Cavabını vermişdir. Bu məsələ sosial şəbəkələrdə və saytlarda qınaq obyektinə çevrildikdə isə Etibar bu göstərişi İcra başçısından aldığını bildirmişdir.
Bu gün sentyabrın 8-də isə baş vermiş özbaşnalıqdan-şəhid qəbirlərinə və ailələrinə göstərilən yaramaz hərəkətlərə görə rayonun qaziləri, şəhid ailələri və sakinlər toplaşaraq Oğuz rayon İcra Hakimiyyətinin qarşısına toplaşmış, etiraz etmişlər. İcra başçısı Eyvaz Qurbanov əvvəlcə onları İcra Hakimiyyətinə dəvət edib söhbət etmiş, sonra birlikdə şəhidlər xiyabanına yollanmışlar. Açıq havada İcra başçısı vətəndaşlar qarşısında çıxışızamanı bildirmişdir ki, “Mən bu rayonun deputatı olmuşam. Və rüşvətlə özümə 6 sot torpaq almışam. İndi nə bu rayonda,nə də heç yerdə belə şeylər yoxdur. Bu məsələ barəsində tapşırıq vermişəm ki, bu bir işçidir də başçının müavinidir, gedib qəbirüstündən gülləri, əklilləri götürüb qoyub məktəbə ki, təmir qurtardıqdan sonra qaytarıb qoysun yerinə və əlavə gül də qoysun.Mən izahat verməkdən yorulmuşam. Mən bu sözlərə dözə bilərəm. Amma ayıbdır, ayıbdır...” Bu arada İcra başçısının digər müavini Yusif Naxçivanskidə bildirmişdir ki, bu hadisə Oğuz üçün qara bir ləkədir. Xatırladaq ki, Y. Naxçivanski millət vəkili Aqiyə Naxçivanskinin qardaşıdır və 20 ilə yaxındır ki, bu vəzifədə işləyir.
Görüş zamanı qazi və şəhid ailələri dünən şəhid qəbirlərinin üzərindəki əklilləri və bayraqları zibil çalasına tullayan müavini Etibar Yusifovun camaatın qabağına gəlib yaramaz hərəkətinə görə izahat verməsi tələb olunsa da məmurciyəz xalqın qarşısına çıxmamışdır. Verilən məlumatda bildirilir ki, Etibar Yusifovun rayon ərazisində 40-a yaxın hər biri 6 st olmaqla torpaq sahələri, 10 hektarlarla taxıl sahələri vardır. Rayonda əlillərin dolanması üçün ayrılmış 50 ha torpaqsahəsini də bu məmur əkib məhsulu özü götürür. Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat Birliyində işçi kimi formal götürülmüş Muxas kənd sakinlərinin adına yazılmış bank kartlarından o özü istifadə edir. Bir sözlə, külli ixtyarsahibi olan Etibar Yusibov o qədər əsassız varlanıb həddini aşmışdır ki, qanmayaraqdan Paşinyanın dəyirmanına su tökərək şəhidlərimizn mzarı önündəki Türk və Azərbaycan bayraqlarını, əklilləri və gülləri götürüb hamısını çalaya atmışdır. Bu da məmurciyəzimizin müqəddəs şəhidlərimizə verdiyi qiymət.İcra başçısı Eyvaz Qurbanovun camaat qarşısında dünən baş vermiş hadisə ilə bağlı videoçıxışı:
Bizi izləyinİFADETV.COM
https://www.youtube.com/watch?v=3_KFR8RU6gI