"Prezident Ərdoğanın "Qapılarımızı açarıq” açıqlaması nə bir təhdiddir, nə də bir blef".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay dövlət başçısının ötən gün Avropa dövlətlərinə xitabən dediyi sözləri şərh edərkən deyib.
Fuad Oktay bu sözlərin təhdid deyil, bir gerçək olduğunu dilə gətirib: "Türkiyə heç bir ölkənin qarovulçusu deyil. Onların köçkün bazası da deyil. Yaratdılqları böhranların hesabını ödəyəcək ölkə də deyildir”.
Xatırladaq ki, dünən Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirilən genişləndirilmiş iclasda bunları demişdi:
"Suriya ilə sərhəddə təhlükəsiz zonayla bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlara Avropanın qapılarını açacağıq. Bu yükü ancaq biz çəkməliyik?! Qaçqınlarla bağlı məsələdə başda Avropa İttifaqı olmaqla, yetərli dəstək almadıq”.