Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlunu və 20-yə yaxın qohumunu işdən çıxarıbmış.
İfadetv.com bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, onların işdən çıxarılması Kəmaləddin Heydərovun əmlaklarından birinin Nazim Məmmədovun qardaşı arvadının adında olması və geri qaytarılmaması olub. Onun qardaşı əvvələr Qəbələ rayonunda "Gilan Holdinqdə vəzifələrdə işləmiş və bir çox əmlakları, o cümlədən Qobustan rayonun Qaracüzlü kənd camaatına məxsus 529 ha ay torpaqları, 22000 qoyun sürüsünü də qardaşı 2018-ci ilin mayın 25-də qəflətən dnyasını dəyişdikdən sonra arvadının adına miras kimi keçmiş və qaytarmamaışdır. Nazimin qardaşı saxta yolla əldə etdiyi 529 ha torpaq sahəsinə 2006-2018-ci illər üzrə taxıl əkmək adı altında hər il dövlətdən 36000 manat subsidiya alaraq mənimsəmişdir. Qoyunların hamısı da elə 2018-ci ildə Şamaxıdakı yaylaqlara çatmamış geri qaytarılmış və bazarda satılmışdır.
Bildirək ki, bir neçə gün bundan əvvəl FHN rəhbəri Nazim Məmmədovun oğlunu nazirlikdəki işinə qaytarıb.
Onu da qeyd edək ki, Nazim Məmmədov Naxçivanda baytarlıq üzrə orta təhsil aldığına görə Kəmaləddin Heydərovun sürücüsü işləyib, sonradan isə 47 yaşında, 2001-ci ildə "Təfəkkür" Universitetində adını yazdıraraq hüquq diplomu əldə etmiş və bu təhsillə Dövlət Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində müavini olub. Eləcə də "Təfəkkür" Universitetinin rektoru olmuş Müviq Atakişiyevlə olan dostluğu sayəsində özünə yaxın qohumlarının hamısını Naxçıvandan Bakıya dəvət edərək onlar da özü kimi pulunu verib diplomlar aldırmış və işlə təmin etmişdir.