Ötən gecə Kürdəmirdə 2 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Xeber.men” xəbər verir ki, rayonun Yenikənd kənd sakini, 1993-cü il təvəllüdlü Abdulla Təvəkkül oğlu Qubadovun idarə etdiyi "KİA" markalı avtomobil Kürdəmir-Ağsu yolunun Qarasaqqal kəndindən keçən hissəsində aşıb. Nəticədə sürücü və sərnişini 1988-ci il təvəllüdlü Ramai Durhəsən oğlu Daşdıyev aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb. "KİA"da olan daha 2 sərnişin: 1992-ci il təvəllüdlü Elmir Fərhad oğlu Nəbiyev və onun həmyaşıdı Mayıl Habil oğlu Manafov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin araşdırmalar zamanı məlum olub ki, qəzaya düşən 4 nəfər dost olublar. Avtomobili idarə edən A.Qubadov Moskvada yaşayan iş adamı Təvəkkül Qubadovun oğludur. O, dostları ilə birgə Şamaxıya gəzintiyə getmək üçün yola çıxıb. Belə ki, dağlıq rayonlara qar yağdığını öyrənən dostlar birgə yola çıxaraq həmin rayonlarda istirahət etmək və fotolar çəkdirmək qərarına gəliblər. Lakin avtomobillə yaşadıqları ərazini tərk edərkən avtomobil qəzaya uğrayıb.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.