Bu ilin yanvarın 5-də Oğuz rayonun Tayıflı kəndindən olan bir neçə ağsaqqal "Cənab Prezident Oğuz meşələrini Ekologiya idarəsindən qoruyun..."- başlıqlı yazı ilə siam.az saytında ölkə Prezidentinə müraciət etmişlər:
https://siam.az/eyalet/80504-cnab-prezident-ouz-melrini-ekologiya-idarsindn-qoruyun-asaqqallar-prezident-muracit-etdilr-vdeo.htmlMüraciətdə Oğuz rayonun Daşağıl meşəbəyliyinin sahə rəisi Mahmudov Elmdar Eldar oğlu, digər kənddə meşəbəyi işləyən qardaşı və əmisioğlu İsman adlı şoferin 52BH 758 nömrəli URAL yük maşını ilə gecə-gündüz meşələrdən sağlam ağacları 4 m, 2 m doğradıb satmaqla məşğul olmalarından, Laçınlı qardaşların həm Oğuz şəhərində, həm də Bakıda tikdikləri villalarından, aldıqları 50000 dollarlıq bahalı minik avtomobillərindən söz açılmış, tabeliklərində olan meşələrdəki sağlam işlik ağacların xəstə və quru adı altında qanunsuz olaraq kütləvi kəsilərək həm özlərinə məxsus, həm də kənar taxta sexlərinə daşınmasından və beləliklə törətdikləri bütün ekoloji cinayətlərin ört basdır edilməsi üçün ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Agentliyinin sədr müavini olan əslən Laçından olan qohumları qəssab Məhəmmədin oğlu Bəhruza güvənərək törətdikləri qeyd edilmişdir.
Laçınlı Məhəmmədin oğlu Bəhruz
Bəli, biz də media orqanı olaraq dəfələrlə araşdırma qrupumuz tərəfindən Elmdar və dəstəsinin Oğuz meşələrində son 4 ildə törətdikləri ekoloji cinayətlər barəsində çox yazmışıq. Nə yazıq ki, Azərbaycan Qanunları Naxçıvanda olduğu kimi ETSN-də də bu günə kimi işləmir. İşləsəydi ən azından Laçınlı qardaşların Oğuz meşələrində törətdikləri vandalizmlərin bir qisminin qarşısı alınmmış olardı. Buna baxmayaraq biz öz peşə borcumuzu yerinə yetirərək Elmdar dəstəsinin törətdiyi yeni cinayətləri təqdim edirik: Belə ki, Elmdarın sahə rəisi olduğu Daşağıl meşəbəyliyinin Malıx kəndi yaxınlığındakı 100 ha-dan çox meşə fondunun çox hissəsinin qiymətli ağacları buldozerlə kürünərək yerinə fiziki şəxslər tərəfindən hər ha-na 300-500 manat ödəməklə (qanunsuz icarəyə götürülməklə) taxıl əkilmişdir. Eləcə də, “Əlişin dəyirmanı” adlı ərazidə də ayrı ayrı fiziki şəxslərin hər birinə 10 ha olmaqla 40 ha meşə fonduna taxıl və qeyri dənli bitkilər əkilmişdir. Digər fakt isə ondan ibarətdir ki, Elmdarın işlədiyi dövrdə onun dövlət büdcəsindən ayrılan 100 min manatlar hesabına kağız üzərində meşələrin bərpası adı altında əkdiyi tinglik sahələr yoxlanılsa məlum olar ki, fakt üzrə bir dənə də olsun ağac tingi ərsəyə gəlməmişdir. Lakin sənədlərdə guya hamısının quruması barədə saxta aktlar tərtib edilmişdir. Son iki ildə Elmdar Daşağıl meşəbəyliyinin 4 və 6 saylı meşə dolaylarında, Oğuzda 1 A saylı və 2 A saylı dolaylarda və Xal xal meşələrində qiymətli meşə ağaclarına şəxsən qanunsuz kəsintilər həyata keçirmiş və minlərlə sağlam ağaclara damğalar vurmuşdur. Lakin damğalanan hissənin az bir qisminə formalizm xatirinə cüzi cərimələr yazılmış, qalanları isə uyğun gəlmir. Bununla kifayətlənməyən Elmdar Mahmudov daha çox qanunsuz gəlir əldə etmək üçün indi də Tayıflı meşə ərazisində ting ağaclar əkib ayrı ayrı fiziki şəxslərə pul müqabilində satıb icazə verib ki, kim necə istəyir o cür də istifadə edə bilər. Yəni, dövlətin ayırdığı külli-miqdarda maliyyə hesabına salınan tinglərin arasına dirrik və ya bostan məhsuları əkə, otundan biçib mal qarasına apara bilərlər.
Meşəbərpa üçün əkilən tiglik yerləri istifadə üçün fiziki şəxslərə satılmışdır
Bəli, cənab Mahmudov bu qədər açıq aşkar qanunsuz hərəkətlər etməsinə rəvac verən amilləri də bu yaxınlarda Bucaq kəndində kafedə yeyib içdikdən sonra danışığından belə məlum olmuşdur ki, bu adam ETSN-nin Təsərrüfat Şöbəsinin əslən Laçından olan Vahid adlı şəxsə, Bakı Yaşıllaşdırma İdarəsinin müdiri Zöhrab Abbasova, Nazirliyin Meşələrin İnkişafı Depertamentinin müdiri Cabbar Qəribova arxalandığını bildirmişdir. Və tezliklə, arxalandığı bu “KRIŞA”ların dəstəyi ilə əvvəlcə Qəbələ Regional Meşə Təsrrüfatı Mərkəzinə müdir müavini, 3 aydan sonra isə Laçın-Qubadlı Meşə Təsərrüfatı Mərkəzinə müdir göndəriləcəyini dost tanışına bildirmişdir.
Qəribov Cabbarın əkdiyi tinglər bar verməyə bilər
Bu arada xatırlamaq yerinə düşərdi ki, Elmdar Mahmudov düz əməlli yazıb oxuya bilmir. Doğrudur, bir neçə il öncə onun diplomunun saxta olması barədə məsələ qalxmışdır. Yenə də arxalandığı gədələrin hesabına “Aydan arı sudan duru” çıxa bilmişdir. Bu hadisədən sonra dostları ona zarafatla tələbə yoldaşlarından kimləri tanıyırsan, və ya İnstitutda sənə dərs deyən bircə müəlliminin adını deyə bilərsənmi sualına hələ də cavab verə bilmir...
Sonda məntiqlə belə nəticəyə gəlirik ki, Mahmudov Elmdar 3 aydan sonra Laçın Regional Meşə Təsərrüfatı Mərkəzinə müdir təyin edildikdən sonra ermənilərin son 29 il ərzində Qubadlıda, Laçında və Kəlbəcərdə qoryub yetişdirdikləri bütün meşə fondundakı ağacları da Oğuzda olduğu kimi xəstə və quru adı altında damğalayaraq kəsdirib satmaqla məşğul olacaqdır. Buna bizim zərrə qədər də şübhəmiz yoxdur. İndi söz hələlik cənab Qəribov Cabbarındır. Buyursun cənab Elmdarın əvvəlcə tramplin olaraq vəzifəsini bir az böyütmək üçün ƏMRə mübarək imzasını atsın, 3 ay sonra isə cənab nazir Elmdarı özünü “doğrultduğu” üçün vəzifəsini daha da yüksəltsin. Ki, taksi sürücüsü kimi ETSN-nin qoyduğu aylıq "PLANI" yerinə yetirə bilsin.Və nə qədər ki, Babayev Muxtar nazirdir belə özbaşnalıqların hələ çox şahidi olacağıq.
Bizi izləyin.
P.S. Doğrudur, cənab M.Babayev mətbuatda yazılanları çox zaman vecinə almır və ən yaxşı halda yoxlamaya Cəmil Aşotoviçi və Oktay Əliyev kimi inspektorlarını formal göndərməklə məsələni bitmiş hesab edir. Amma biz mətbu orqan olaraq hesab edirik ki, araşdırma zamanı ortalığa çıxardığımız ekoloji cinayətləri ən azı bizim iştirakımızla yerində araşdırması təşkil edilməli, və ya dövlətin aidiyyatı qurumları hesab edilən Prokurorluq , DİN-yi, Maliyyə Nazirliyi və ya Hesablama Palatasının nümayəndələri tərəfindən belə araşdırmalar aparılmalıdır. Belə olmasa, Elmdar kimi yazıb oxuya bilməyən "meşə quldurları" Laçın, Qubadlı və Kəlbəcərdəki meşə fondunu da Oğuzdakı kimi tezliklə dağıdıb məhv edəcəkdir. Hədəf budur.
İfadetv.com-un araşdırma qrupu