ETSN-nin 7 saylı Ekologiya idarəsi tamamilə qanusuz məhv edilmiş 26 ha meşəyə görə "Aqro ko" mmc-yə cərimə yazmağa nədən cürəti çatmır?
Zaqatala meşəsi. Yalınqoz ağacları kəsilib və daşınmağa hazırdır
https://www.youtube.com/shorts/EhX3r30SmbY
https://www.youtube.com/shorts/SrLM4kg_lsY
Amma mənim Qax rayonu, İbaxlı kəndində yaşayan qohumum olan Abdullayev Kamran Mövlüd oğlu isə 2021-ci ilin iyul ayında Oncalı Bələdiyyə fondundan kəsdiyi 21 ədəd qovaq ağacına görə 27770 manat cərimə olunaraq həbsə atılmışdır. Çünki, onun Oncalı kəndi yaxılığında bələdiyyəyə məxsus meşə fondunda kəsdiyi ağaclara görə yerli ekologiya İdarəsinin Qax rayonu üzrə təmsilçisi Sadiq bəy öz ştatdankənar işçisi” hesab etdiyi Kamran Abdullayevin bu əməlinə görə yerli bələdiyyə sədrini cəzalandırmaq istəməsi olmuşdur. Çünki yeni seçilmiş və camaat arasında yüksək nüfuza malik cavan bələdiyyə sədri Sadiqin qaynatasına, atasına, ETSN-də işləyən dayısı Süleymana imkan vermirdi ki, camaata məxsus örüş otlaq sahələrini zəbt edib şəxsi təsərrüfatları üçün istifadə etsinlər. Kamran telefonla onu da bildirmişdir ki, bəs bir yerdə yeyib içdiyimiz Sadiq bəy Qax ərazisində olan digər meşələrdən ağacları mənə kəsdirəndə niyə ekologiya yada düşmürdü? Bax bu yerdə ETSN-nin nəzərinə çatdırmaq yerinə düşərdi ki, Qax rayonundan seçilən deputat Azər Kərimlinin “meşə quldurları” tərəfindən Qax ərazisindəki meşələrdən kəsib məhv etdikləri bircə normal. iri gövdəli palıd ağaclarından sağ qalan bircəciyini nümunə kimi göstərə bilərlərmi? Əsla. Çünki, İbaxlı meşəbəyliyində 15 il əvvəl gördüyümüz mövcud palıdlıqdan bu gün əsər-əlamət qalmamışdır.
Qax-Şəki sərhəddinin sol tərəfindəki yol kənarında 450 ha meşədən nümunə üçün qalan sonuncu 7-8 ədəd palıd ağacları
2018-ci ildə Baş layısqı kəndinə qaz xəttinin çəkilişi zamanı 6 ədəd orta diametrli qoz ağaclarını buldozer yıxdığına görə həmin, Özünü yalandan “Əfqanıstan müharibəsi veteranı” kimi cəmiyyətə sırıyan Namiq Yusifov “Azəriqaz” QSC-ni 100000 manat cərimə protokolu yazmışdır. Və yaxud, yenə 2018-ci ildə Aşağı Göynük- Baş Göynük yolunun 4-cü km-də yol çəkilişi zamanı yol yatağında istifadə edilməsi üçün qazılmış və yol yatağında istifadə edilmiş daşlıq sahəyə görə AAYDA ASC-nin 15 saylı Yol İdarəsini külli miqdarda cərimə etmişdir. Oğuz rayonundn olan məlumatlı mənbənin isə bildirdiyinə görə Yusifov Namiq qazandığı külli miqdarda pulları yaxın tanışı vasitəsilə öz doğma rayonunda deyil, Oğuz rayonunda hər ayı 10 %-dən olmaqla sələmə paylamasını təşkil edərək qanunsuz bank fəaliyyətilə məşğul olmuşdur. Faizləri qaytara bilməyən sakinlərin çoxsaylı şikayətlərindən sonra yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılmış və nəticədə sələmə verilmiş pulların yarısı it-bat olmuşdur.
Şəki rayonun Baş Göynük kənd sakini Gülməmmədov Eltun Mürsəl oğlunun bir neçə gün əvvəl açıqladığına görə o pay torpağı olan sahəsindən bir ZİL yük avtomobili ilə 4 kub m həcmində torpaq gətirib baş Göynük kəndi yaxılığındakı deputat, AMEA-nın akademiki, əməkdar elm xadimi olan Yaqub Mahmudovun kiçik bağ evinin həyətinə tökmək istərkən yolda polislər saxlamış və dərhal 7 saylı Ekologiya İdarəsi rəisinə zəng edib xəbər vermişlər. 25 dəqiqə ərzində hadisə yerinə gələn ekoloqlar Eltunu 500 manat cərimələmək istəmişlər. onlar təklif edilən 50 manatla razılaşmadıqda məcbur olub akademikə zəng etmişdir. Yaqub müəllimin xahişi nəzrə alınmışdır. Belə nəticə hasil olur ki, cənab Yusifov Namiq Şəki-Balakən zonasında polislərin köməyilə hansı kənddə kim qanusuz çay daşı. Qum və ya özəl sahəsindən torpaq aparırsa anındaca xəbər tutur və cərimə akti tərtib etdirir. Amma 2021-ci ildə Oğuz –Şəki yolunun yenidən qurulması zamanı yol yatağının salınması zamanı Zəyzid, Günküt və Daşağıl çay vadilərindən qanunsuz daşınıb tökülən milyonlarla kub metr daş-çınqıl materiallarına görə podratçı şirkət rəhbərliyinə 1 manat da olsun cərimə yazmadı. Sanki çay yataqları Namiq müəllimin xalasındn ona miras qalıbmış. Əslində isə Namiq müəllim kimi zirək birisinin yerli çay yataqlarının qanunsuz istismarına göz yumması heç də ağlabatan deyildir. Burada sadəcə olaraq tərəflər arasında gizli sövdəşəmə olmuş, ilkin olaraq dövlət büdcəsindən yol tikintisi üçün ayrılmış 10 milyon manat pulun müəyyən faizinin əldə edilməsi müqabilində podratçı şirkətə “yaşıl işıq” yandırılmışdır.
Zəyzid çay yatağı qanusuz olaraq istismar olunaraq xammal yol yatağ üçün daşınır
Yol təmiri zamanı yatağa səpilən irili-xıdalı çay daşları qeydlərimizi bir daha təsdiq edir. Xatırlatmaq yerinə düşərdi ki, 2018-ci ilin iyulun 2-də Göyçay çayının da yataq hissəsinin qanunsuz istismarı zamanı sel olmuş və magistral yoldakı körpü uçmuş və dövlətə 3 milyon manat maddi ziyan dəymişdir. Sabah da Zəyzid çayına sel gəlcəyi halda yaxınlıqdakı kəndlərə hansı fəsadları törədəcəyini və miqyasını indidən demək mümkünsüzdür. Bəs, cinayət işi açılanda məsuliyyəti kim daşıyacaq? Qoy bu suala ETSN rəhbərliyinin başbilənləri cavab axtarsın.
Digər fakt isə ondan ibarətdir ki, 2021-ci ilin martın 23-də doğma kəndimizin yaxınlığında yerləşən Cunud meşəliyinin ən sıx ərazisinin 1361 ha-nın “Aqro ko” MMC-yə 49 illiyə icarəyə verilməsi zamanı meşənin bütövlüklə məhv edilərək yerində fındıq salınması işlərini ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik İdarəsinin sədr müavini Bəhruz Məhəmməd oğlu və digər iki əməkdaşla birlikdə yerində baxış keçirən zaman məhv edilən meşə ərazisinin müqavilədə göstərildiyindən çox olması şübhəsi yaranmışdır. Sonradan GPS aparatı ilə ölçmələr zamanı məlum olmuşdur ki, 26 ha sıx meşə ərazisi qanusuz olaraq kürünərək məhv edilmiş, çoxsaylı yeniyetmə palıd, vələs, fıstıq, sarağan, zoğal, sumax, yemişən ağacları buldozerin köməyilə kürünmüşdür. Budur, yerli sürücülərin dediklərinə görə min hektarlarla sıx meşələrin kürününb məhv edilməsindən sonra müşə heyvanları çaqqal, tülkü, kirpi, canavar,it, dovşanları asfalt yolda hər gün avtomobil vurub öldürür.
Məsələ ETSN-də aparat rəhbəri Rəşad Allahverdiyevin aprelin 7-də rəsmi qəbulu zamanı diqqətinə çatdırlısa da, 7 saylı Ekologiya İdarəsi özəl şirkət olan “Aqro ko” MMC-ni fakt üzrə cərimələmir, qanunsuz zəbt edilərək məhv edilən meşə ərazisi hələ də bərpa edilməmişdir. Amma dövlət strukturları olan istər “Azəriqaz” QSC-nin istərsə də AAYDA-nın 15 saylı Yol istismar idarəsinin kiçik bir hərəkətinə görə namiq müəllim 100000 manat cərimə cəzası tətbiq edir.
Bəs yerli mətbuat Namiq müəllimin fəaliyyəti barədə nə yazır?
Atvxeber.az saytının araşdırmasından bir epizodu təqdim edirik:
https://atvxeber.az/gundem/2418-7-sayl-regional-ekologiya-v-tbii-srvtlr-darsinin-risi-etsn-ni-yxb-srd-faktlar.html
Əldə etdiyimiz digər məlumatlara görə, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisinin Nazim adlı qardaşı var və o, “Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi”nin rayon şöbəsinin sədridir. Yəni, bu şəxs sahib olduğu imtiyaz və ixtiyarlardan yararlanaraq qardaşı Namiq Yusifova lazımi dəstəyini göstərir. Məsələn, idarə rəisi vəzifəsini daşıyan bu şəxsin Şəki şəhərində və şəhərə yaxın kəndlərdə kafesi, çayxanası, Şəkinin dağlıq hissəsində ferması, şəhər ərazisində çörəkbişirmə kombinatı (pekarnısı) və s. kimi obyektlərinin olduğu bildirilir. Elə ki, bu obyektlərlə bağlı Namiq Yusifova sual verib cavab əldə etmək istədik, o halda o, “əlbəttə, obyeklər bizim olmalıdır, bəs kimin olmalıdır” deyə əsəbii halda cavab verdi. Redaksiyamıza sızdırılan məlumatların birində isə vurğulanır ki, Namiq Yusifovun sahib olduğu var-dövlətin əsas himayədarı, məhz onun qardaşı, hansı ki, “Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi”nin rayon şöbəsinin sədri vəzifəsini daşıyan Nazim adlı qardaşıdır. O halda ortaya belə bir sual da çıxır ki, hansısa şəxs hansısa qurumda sədr vəzifəsini daşıyırsa, deməli həmin şəxs “çirkli işlər”ə himayədarlıq etməlidir?
Yəni, Namiq müəllimin qardaşı Nazim “20 Yanvar” qırğını törətmiş rus faşistlərilə birlikdə müsəlman ölkəsi olan Əfqanıstanda 1.5 milyon dinc əhalinin ölümünə səbəb olan bir müharibədə 6 ay iştirak etməsinə görə bütün yollar bu adama və qardaşı Namiq müəllimə açıq olmalıdır?
Hesab edirik ki, Şəki-Balakən regionunda ekologiyanın qorunması zamanı ETSN-nin 7 saylı ekologiya idarəsi rəhbərliyinin hadisələrə “şəxsi prizma”dan yanaşması və qanunvericiliyi öz arzu və istəyinə uyğun tətbiq etməsi yolverilməzdir.
http://ifadetv.com/2757-ekonazrlyn-qax-temslcs-tebete-zyan-vuran-qohumlar-barede-de-polse-muracet-edecekm.html
Məmməd ƏHMƏDOĞLU
İFADETV.COM
P.S. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Sadiqin ETSN-də vəzifədə olan dayısı Süleymanın Qaxda ata yurdu olan evinin arxasındakı meşə ərazisini kürütdürüb, ağacları isə qırdırıb KAMAZla daşıtdırır.
Qax ryon Oncalı meşəbəyliyində Sadıqin qaynatası Hacımuradın zəbt etdiyi və kənarını qanunsuz kanallatdığı meşə ərazisi
Ekologiyanın Qax təmsilçisi Sadiq və onun Qax meşələrini kəsdirən texniki ştatdankənar işçisi Kamran növbəti ağac satışından əldə etdikləri gəlirlə yeyib-içirlər.