Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin Güc maşınları və başqa tənzimləyici qurğuları ilə bağlı elan etdiyi tender başa çatıb.
Hurriyyet.Az xəbər verir ki, Nazirliyin idarəsiin elan etdiyi tenderin qaılibi "BAKU DİGİTAL TECHNOLOGİES" MMC olub. Tərəflər arasında 262.673,9 AZN-lik müqavilə imzalanıb.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi VÜQAR CAMALOV KƏLBAĞA OĞLUdur. Şirkət 24.07.2023-cü ildə Dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, 6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsinin, idarəetmə səriştəsi, etibarlığı olmalıdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur.
Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurovdur.