Xəbər verdiyimiz kimi, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Eyvazov Nahid Qədir oğlu ölüm bir neçə gün idi ki, aclığına başlamışdı.
Bu barədə məhbus özü bu gün İfadetv.com-un baş redaktoruna yaxınları vasitəsilə videomüraciət və yazılı məlumat göndərmişdir.
Həmin görüntülərdə o həbsxanada çalışdığı işinə görə maaşının dayandırıldığını deyib və prezidentdən kömək istəyirdi. Biz redaksiya olaraq məhbusun son arzusunu yerinə yetirərək aidiyyatı üzrə yuxarı orqanlara müraciət etdik.
Dünən günorta xüsusi mənbələrdən aldığımız məlumata görə bizim məhbus Nahidin məsələsini saytımız və sosial şəbəkədə yaydığımızdan xəbər tutan ƏN-nin 8 saylı cəzaçəkmə müəssisəsi rəhbərliyinin göstərişi əsasında Nahid Qədir oğlu əvvəlcə vəhşicəsinə döyülmüş, onun ağzının tikişləri zorakılıqla sökülmüş və ƏN-nin Pentensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə gətirilmişdir. Mənbənin bildirdiyinə görə Nahidi burada müalicə etməyib KARSA salmışlar. 1 həftədir ki, ölüm aclığına başlayan Nahidin vəziyyəti kritik olmuş və ölüm ayağındadır. Müəssisədəki mənbənin veridyi məlumata əsasən Nahidə ƏN-nin Mərkəzi Müalicə Müəssisəsində heç bir tibbi yardım göstərilməmişdir. Məslə ilə bağlı 8 saylı CÇM-nin rəis müavini Anar müəllimlə əlaqə saxlamaq istədik. Lakin o "Sizi İFADETV,COM İA-dən narahat edirlər, sözümüzdən dərhal sonra səhv düşmüsünüz, bura taxta sexidir deməklə dəstəyi asmışdır. Cocuqdakı fərasətə bir baxın, görün çətin vəziyyətdən necə məharətlə çıxır.
Dünən axşam məlumat gəldi ki, tərəfimizdən qaldırılan məslə ƏN- də operativ müzakirə edilmiş və 8 saylı CÇM-nin rəisi Azər Hacıyev tutduğu vəzifədən azad edilmişdir. Daha doğrusu, prezident Cənab İlham Əliyev erməniləri Qarabağdan qovan kimi, Azəri də Ədliyyə Sistemindən qovmuşlar.
Biz, yüksək hümanizm nümayiş etdirərək, yazdıqlarımıza dərhal operativ reaksiya verən Ədliyyə naziri cənab Fikrət Məmmədova İnformasiya Agentliyimiz adından minnətdarlığımızı bildiririk.
İfadetv. Com