Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu deyib.
Teleqraf.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
Öz növbəsində, ABŞ Dövlət katibi E.Blinken bütün məsələlərin dialoq və dinc diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb və ABŞ-ın bu istiqamətdə fəal səylərini davam etdirəcəyini qeyd edib.
Müqayisə üçün qeyd edək ki, Paşinyan təkbaşına 9 sentyabrda 4 ölkənin rəhbərilə təcili danışıqlar aparır, AZərbaycan XİN rəhbərliyi isə 8 sentyabrda brifinq keçirməklə işini bitmiş hesab edir. Onda təbii suala cavab verək: İnformasiya müharibəsində kim "qalib" olur?
Müəllif: Teleqraf.com