VƏ YAXUD, YALANI KİM SÜBUT EDİR?- FOTOFAKTLAR, yoxsa RƏSMİ MƏKLTUBLARINIZ?
«Mən, Məmməd Həmidov bir vətəndaş və bir mətbuat işçisi olaraq «Azərişıq»ASC-də baş verən və verməkdə davam edən maliyyə pozuntuları" barədə müraciətlətrim zamanı Respublika ərazisinin kiçik bir hissəsində baş vermiş ciddi maliyyə pozuntuları barədə dəfələrlə ( 13 mart, 30 aprel, 24 iyul və 21 avqust 2023-cü il tarixlərində) yuxarı direktiv orqanlara əməkdaşı olduğum «İFADETV.COM» saytı vasitəsilə məlumatlar vermişəm. Prosedur qaydalara görə isə yuxarı orqanlar məsələnin araşdırılmasını « Azərişıq» ASC rəhbərliyinə həvalə etmişlər. Eyni zamanda Baş Prokurorluq da dövlətə vurulan ziyanla bağölı məslənin araşdırılması üçün 2 dəfə Şəki Rayon Prokuroluğuna rəsmi məktublar göndərmişdir. Və təəssüflər olsun ki, ASC rəhbərliyi redaksiyamıza yazdıqları formal cavab məktublarında guya kənd üzrə kabelləşmə layihələrinin “uğur”la başa çatdığını saxta rəqəmlərə istinad edərək qeyd edirlər. Bəli, kağız üzərində məsələlər həllini tapa bilər, bizim buna şübhəmiz yoxdur. Amma biz yaşadığımız yerdə ilk növbədə gözlə gördüyümüzə inanmalıyıq. Mən və digər kənd sakinləri evimizdən yola niyə həyəcanla çıxmalıyıq ki, birdən 50 il əvvəl basdırılmış və hazırda tam çürümüş elektrik taxta şalbanları aşaraq yoldan keçən sakinlərin başına düşə bilər. Və hər dəfə “Azərişıq” ASC rəsmilərindən formal və əsassız cavablar aldıqda əvvəl sevinirik ki, yəqin kəndimizdə kabelləşmə işi “UĞURLA” tamamlanıb, bizim xəbərimiz yoxdur. Yola çıxdıqda isə “köhnə hamam, köhnə tas”la rastlaşdıqda yenə qanımız qaralır. Yenə, oğurlanmış 4 KVA gücündə olan təzə oğurlanmış transformator yerində yoxdur, cavabda yazılan turba və beton dirəklərin heç birisi gözə dəymir, bağlanan yeni kabellərin ağırlığından taxta şalbanın ortası üzülməkdədir.
Bir sözlə, dövlət büdcəsini belə dağıtmaq və talan etmək olmaz! Vəziyyətdən çıxış yolu kimi avqustun 21-də yenə rəsmi orqanlara və «Azərişıq» ASC sədri cənab Vüqar Əhmədovdan xahiş etdik ki, bizim yazdıqlarımzla cənab Vüsal Qənbərovun və Nəriman Mahmudovun rəsmi cavabında qeyd edilənləri yerində araşdırlması və sənədləşdirilməsi üçün monitirq təşkil edilsin. Və «Azərişıq» yetkililəri yerində bizə sübut etsinlər ki, hansı 78 ədəd ağac dirək metal-beton dirəklə əvəz olunub, hansı yeni 7 ədəd transformator hara qoyulub, Hansı hava xətti ÖİN tipli kabellə yenilənmişdir??? Oğurlanıb satılmış transformator nə vaxt gətirilib yerinə qoyulub? Tam yarasız vəziyyətdə olan və kəndin həm yuxarı, həm də aşağı hissəsinə kimi basdırılımış taxta-şalbanlar hansı beton dirəklərlə əvəz olunub? Və digər suallara yerində aydınlıq gətirək. Lakin 1 aya yaxın vaxt keçməsinə baxmayaraq yenə də, “Azərişıq” ASC yetkililəri təklifimizə cavab vermirlər və vermək stəmirlər. Biz son dəfə təklifimizin üzərində dayanır və gözləyirik və istənilən vaxt «Azərişıq» ASC səlahiyyətli nümayəndələrilə yerində araşdırmada iştirak edə builərik. Avqustun 17-dən etibarən mən Baş Göynük kəndində oğurlanmış yeni transformatorun və yıxılmaq üzrə olan və 10000 voltluq gərginliyə malik elektrik xəttlərini güclə üstündə salayan çürük taxta-şalbanların altında “Azərişıq” ASC-nin başda NBəriman Mahmudov olmaqla hörmətli nümayəndələrini səbirsizliklə gözləyirəm. Əlbəttə əgər təklifimi qəbul edərlərsə və səmimi olaraq baş vermiş cinayətləri yerində araşdırmaq istəyi olarsa.
Məmməd Əhmədoğlu