"Sizin və xaç atalarınız üçün 1999-cu il deyil, üstəlik, oktyabr deyil, xüsusən də ayın 27-i deyil"
Ermənistanın baş naziri Nikol Paşinyan öz əleyhdarlarını hakimiyyəti devirmək cəhdlərindən çəkinməyə çağırıb.«Mən güllələnmədən danışanlara, İrəvanın qanla alınmasından danışanlara öz leksikonlarına yenidən baxmağı və taleyini sınamamağı tövsiyə edirəm. Sizin və xaç atalarınız üçün 1999-cu il deyil, üstəlik, oktyabr deyil, xüsusən də ayın 27-i deyil",- Paşinyan sentyabrın 15-də İrəvan Ağsaqqallar Şurasına seçkilər üzrə seçki kampaniyası çərçivəsində hakim Mülki Müqavilə Partiyasının yekun mitinqində bildirib.
"Yaxşı, gəlin, taleyinizi sınayın və sizi zəngin asfalt pəhrizi gözləyir, taleyi nə qədər çox sınayacaqsınız, asfalt və bordyurları bir o qədər çox yalayacaqsınız ki, İrəvanın sanitar təmizliyi üzrə beşillik planı bir həftə ərzində artıqlamasıyla yerinə yetirəsiniz”, - “Radio Svoboda”nın Ermənistan xidməti Paşinyandan sitat gətirib.Paşinyan bəyanatın kimə ünvanlandığını açıqlamayıb.Ətrflı
4Reklamınızı SmartBee ilə effektiv edin.
Bu günlərdə "Şərəfim var" müxalifət fraksiyasının rəhbəri Ayk Mamicanyan jurnalistlərlə söhbətində deyib: "İrəvan mənim, sizin tərinizlə, kənarda dayanan vətənpərvərlərin tərilə dəyişəcək, əgər Paşinyan axmaqlıq edərsə, qanla da dəyişəcək".
27 oktyabr 1999-cu ildə beş nəfər silahlı Ermənistan parlamentinin iclas zalına girərək Rəyasət Heyətində və salonda oturan deputatlara və hökumət üzvlərinə atəş açmışdı.
Nəticədə parlamentin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, əməliyyat məsələləri naziri Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Mikael Kotanyan, Henrik Abraamyan ölüb.
Terrorçular bildirmişdilər ki, məqsədləri hökumət dəyişikliyidir. Ertəsi gün terror qrupunun rəhbəri Nairi Unanyanın Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryanla danışıqlarından sonra təslim oldular.
Bəzi məlumatlara görə, terror aktı ATƏT-in İstanbulda keçiriləcək sammitində Ermənistanla Azərbaycan arasında sülh sənədinin imzalanmasını pozmaq üçün xarici qüvvələr tərəfindən təşkil edilmişdi. /"Turan"