Qarabağın azadlığı uğrunda mübarizənin bitmədiyi bir dönəmdə qazilərimizə və Şəhid ailələrinə qarşı atılan hansısa addım haqlı olaraq ictimai qəzəbə səbəb olur. DİA.AZ bildirir ki, növbəti belə bir faktın altında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin imzası var.
Redaksiyamıza daxil olan məlumata görə, nazirlik qazilərə qarşı hesab olunacaq bir prosesə start verib.
"Məlumdur ki, hökumətimiz qazilərə, şəhid ailələrinə dolanışıq yerləri müəyyən edib. Bu, əslində dövlətimizin qayğısıdır. Belə sahələrdən biri də sərnişin daşınması xidmətidir. Bu gün qazilərimiz bir neçə avtobusla sözügedən xidmətdə təmsil olunur. Amma bu, deyəsən, kimlərinsə xoşuna gəlmir.
Artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qazilərimizin dolanışıq yerinə əl qoyulması qərarı verilib. Belə ki, bu gün saat 3-də qazilərə məxsus avtobus xəttləri müsabiqəyə çıxarılır. Bunun isə qazilər tərəfindən sükutla qarşılanmayacağı şübhəsizdir".
Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...